Mobil versiya
"Yüz ildən bəri 'miras' qalan problem birdəfəlik həll edilib" - Kamran Əliyev
Tarix: 24-06-2024 | Saat: 10:36
Bölmə:Gündəm / Karusel | çapa göndər

"Yüz ildən bəri 'miras' qalan problem birdəfəlik həll edilib" -

"Yüz ildən bəri 'miras' qalan problem birdəfəlik həll edilib".

aia.az xəbər verir ki, bu sözləri Baş Prokuror Kamran Əliyev Xankəndi şəhərində keçirilən "Ətraf Mühitin Gücləndirilməsində Maarifləndirmə və Hüquq Mühafizə Tədbirlərinin rolu” mövzusunda Elmi-Praktiki Konfransda deyib.

O bildirib ki, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi və yenilməz, rəşadətli Azərbaycan Ordusunun misilsiz qəhrəmanlığı nəticəsində 10 milyonluq Azərbaycan xalqı 44 gün ərzində ərazi bütövlüyümüzü bərpa edib:

"Hər bir azərbaycanlının qəlbində yüksək qürur hissləri yaradan Şanlı və tarixi qələbəmiz Azərbaycan xalqında milli oyanışa, yeni bir dirçəlişə, birliyə səbəb oldu. 44 günlük Vətən müharibəsində Azərbaycan dövləti qətiyyətli qələbə qazandı.

2023-cü ilin sentyabrın iyirmisində 24 saatdan da az (23 saat 43 dəqiqə) müddətdə yekunlaşan “ildırımsürətli”, lokal xarakterli antiterror tədbirləri nəticəsində Azərbaycan öz suverənliyini tam bərpa etməsi bir daha sübut etdi ki, ölkəmiz qüdrətli dövlətdir və onun sarsılmaz, qətiyyətli mövqeyə, dəmir iradəyə malik rəhbəri – Ali Baş Komandanı vardır".

Kamran Əliyev deyib ki, məhz Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu düşmən üzərində qəti qələbə qazanaraq, yüz ildən bəri bizə “miras” qalan bu ağrılı-acılı problemi birdəfəlik həll edib:

"“Dağlıq Qarabağ” probleminin həllinə öz imzasını, möhürünü atdı.Əminliklə deyə bilərik ki, İlham Əliyev öz adını milli tariximizin son 200 ildə ən şanlı və müzəffər sərkərdəsi kimi Azərbaycan xalqının yaddaşına qızıl hərflərlə əbədi həkk etdi. Bu tarixi dəyişikliyin dərk olunması üçün çox vaxt tələb olunacaq, bəlkə də tamlığı ilə qəbul olunması zəfərlə yoğrlumuş yeni nəsilə nəsib olacaq".

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
20-07-2024