Mobil versiya
Azərbaycan enerji lideri statusunu yeniləyir
Tarix: 23-06-2024 | Saat: 13:50
Bölmə:Siyasət / Özəl | çapa göndər

Azərbaycan enerji lideri statusunu yeniləyir

Ölkə Prezidenti cənab İlham Əliyevin inamla həyata keçirdiyi milli maraqlara uyğun praqmatik siyasət nəticəsində Azərbaycan bu gün qlobal əhəmiyyət kəsb edən transmilli layihələrin mərkəzi oyunçusu kimi çıxış edir. Təsadüfi deyil ki, Azərbaycanın iştirakı olmadan bu gün regionda heç bir layihə gerçəkləşdirilmir. Ölkəmiz özünün zəngin enerji ehtiyatlarından səmərəli istifadə etməklə beynəlxalq miqyasda enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayan başlıca aktorlardan birinə çevrilib.

Cənab Prezident İlham Əliyevin cari ilin 21 iyun tarixində “Euronews”un efirində yayımlanmış müsahibəsi ölkəmizin sahib olduğu ənənəvi və bərpaolunan enerji potensialı, bu potensialın qlobal miqyasda enerji təhlükəsizliyinin təmin olunmasına verə biləcəyi töhfələr barədə son dərəcə önəmli açıqlamalar yer almışdır. İlk növbədə dövlətimizin başçısı qeyd etmişdir ki, Azərbaycan bu gün artıq təkcə ənənəvi enerji mənbələrinə deyil, həm də bərpaolunan enerjiyə sərmayə yatıranlar üçün cəlbedicidir. Bu amil Azərbaycanın böyük tərəfdaşları olmasına zəmin yaradıb. Hazırda “Masdar” ölkəmizin strateji tərəfdaşıdır. Həmçinin “ACWA Power” və BP sərmayədarların sırasındadır. Lakin bu tərəfdaşlarımızla əməkdaşlığın səmərəliliyini artırmaq üçün Azərbaycan özünün milli enerji şəbəkəsini gücləndirməlidir. Dövlət başçımızın dediyi kimi, bu, sərmayədarların verdiyi mümkün qədər çox enerjini qəbul etmək iqtidarında olmaq üçün vacibdir.

Öz müsahibəsində dövlət başçımız Bakı Enerji Həftəsinin mahiyyəti barədə açıqlama verərək bildirmişdir ki, bu tədbir artıq 30 ildir keçirilir. Birinci tədbir hələ 1994-cü ildə təşkil olunmuşdur. Heç də hər enerji tədbiri ABŞ Prezidentinin müraciəti şərəfinə nail olmur. Bu tədbirin bütün illəri belə olub və bu, əslində, onun unikal mahiyyətini və gücünü nümayiş etdirir. Tədbir öncə Xəzər Neft və Qaz Sərgisi və Konfransı adını almışdır. Sonra Azərbaycan bərpaolunan enerji sahəsində də işə başladı və tədbir fərqli sektorları əhatə edən Bakı Enerji Həftəsinə çevrildi.

Öz çıxışlarında cənab Prezident İlham Əliyev Azərbaycanın 2027-ci ilin sonunda artıq 2 qiqavat bərpaolunan enerji istehsal edəcəyini bildirib. Diqqətəlayiq haldır ki, bu gücün müəyyən bir hissəsi də məhz azad olunmuş Qarabağ və Şərqi Zəngəzur bölgələrində olan nəhəng su elektrik enerjisi potensialının reallaşdırılması hesabına əldə eiləcək. Bu məqsədlə 2020-ci ilin noyabrında həmin bölgələr işğaldan azad olunandan sonra bu ərazilərdə artıq 270 meqavat gücündə su elektrik stansiyaları tikilərək istismara verilib. Yaxın bir neçə il ərzində bu rəqəmin artıq 500 meqavata çatdırılacağı gözlənilir. Bu gün artıq bütün dünya qısa müddət ərzində ölkəmizdə hər istiqamətdə - neft, təbii qaz və indi isə yaşıl enerji sahələrində əldə olunan uğurları görmək imkanına malikdir.

David İbramxəlilov,
YAP Qusar rayon təşkilatının sədri.




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
22-07-2024