Mobil versiya
“Qazprom” Rusiyada rekord qaz istehlakı elan edib
Tarix: 21-06-2024 | Saat: 18:09
Bölmə:Özəl | çapa göndər

“Qazprom” Rusiyada rekord qaz istehlakı elan edib

İyunun 2-dən etibarən Vahid Qaz Təchizatı Sistemindən - "Qazprom"un Rusiyadakı qaz kəmərləri şəbəkəsindən tədarüklər bütün əvvəlki illərin iyun ayı maksimum göstəricilərindən yüksək səviyyədə olub, şirkətin mətbuat xidməti xəbər verir.
Qazprom bildirib ki, iyunun 19-da gündəlik 691 milyon kubmetr qaz istehlakı üzrə yeni tarixi rekorda nail olunub. Bu ay altıncı dəfə yeniləndi.

Qeyd olunur ki, bu cür nəticələr yay mövsümündə, ənənəvi olaraq şirkətin müəssisələrində planlı profilaktik təmirin aparıldığı vaxtlarda qeydə alınır.

Əvvəllər məlum olub ki, 2023-cü ilin sonunda “Qazprom” tərəfindən təbii və səmt qazının hasilatı 13 faiz azalaraq 359 milyard kubmetrə düşüb ki, bu da tarixi minimuma çevrilib. Bununla yanaşı, qaz emalı 2022-ci ildəki 34,7 milyard kubmetrdən 49,9 milyard kubmetrə, neft hasilatı 67,9 milyon tondan 72,4 milyon kubmetrə yüksəlib.

aia.az
tərcümə şöbəsi



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
16-01-2025