Mobil versiya
Evlənmək üçün başqa rayona gedən 15 yaşlı qız ailəsinə təhvil verildi
Tarix: 21-06-2024 | Saat: 10:21
Bölmə:Manşet / Ölkə | çapa göndər

Evlənmək üçün başqa rayona gedən 15 yaşlı qız ailəsinə təhvil verildi

Polis evlənmək məqsədi ilə başqa rayona gedən 15 yaşlı qızı taparaq ailəsinə təhvil verib.

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan aia.az-a bildirilib ki, Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində rayonun Meyniman kənd sakini, 2009-cu il təvəllüdlü yetkinlik yaşına çatmayan şəxsin evlənmək məqsədilə digər rayona getdiyi məlum olub.

Polis əməkdaşları tərəfindən onun yeri müəyyən olunub və tapılaraq ailəsinə təhvil verilib.

Hacıqabul RPŞ-də araşdırmalar davam etdirilir.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
10-01-2025