Ana Sayfa > Manşet / Ölkə > Evlənmək üçün başqa rayona gedən 15 yaşlı qız ailəsinə təhvil verildi
Evlənmək üçün başqa rayona gedən 15 yaşlı qız ailəsinə təhvil verildi21-06-2024, 10:21. Yazar: sevinc1 |
Polis evlənmək məqsədi ilə başqa rayona gedən 15 yaşlı qızı taparaq ailəsinə təhvil verib. DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan aia.az-a bildirilib ki, Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində rayonun Meyniman kənd sakini, 2009-cu il təvəllüdlü yetkinlik yaşına çatmayan şəxsin evlənmək məqsədilə digər rayona getdiyi məlum olub. Polis əməkdaşları tərəfindən onun yeri müəyyən olunub və tapılaraq ailəsinə təhvil verilib. Hacıqabul RPŞ-də araşdırmalar davam etdirilir. aia.az Geri dön |