Bizim ailəmiz Türk dünyasıdır
Tarix: 12-06-2024 | Saat: 15:48
Bölmə:Özəl | çapa göndər
Türk dövlətləri ilə əlaqələrin inkişaf etdirilməsi Azərbaycanın xarici siyasət prioritetlərindən biridir. Qardaş ölkələrimiz arasında əməkdaşlıq əlaqələri həm ikitərəfli, həm də çoxtərəfli formatda uğurla inkişaf edir. Çoxsaylı qarşılıqlı səfərlər, iqtisadi, mədəni və digər sahələrdə həyata keçirilən layihələr və atılan addımlar türk dövlətlərinin əlaqələrini daha da möhkəmləndirir. Beynəlxalq aləmdə birgə fəaliyyət və qarşılıqlı dəstək bu əməkdaşlığın geniş miqyasının bariz göstəricisidir. Bu günlərdə Bakıda keçirilən TÜRKPA-nın plenar iclasları Türk dünyasının birliyinin daha bir nümunəsi oldu. Prezident İlham Əliyevin bu il iyunun 6-da TÜRKPA-nın növbəti plenar iclasının iştirakçılarının qəbulu zamanı səsləndirdiyi fikirlər Türk dünyasının birləşməsi istiqamətində yol xəritəsi oldu.
Dövlət başçımızın “Bizim ailəmiz Türk dünyasıdır, bizim başqa ailəmiz yoxdur” fikri ölkəmizin bu istiqamətdəki siyasətini açıq şəkildə büruzə verir. Son illər ərzində Türk Dövlətləri Təşkilatı xətti ilə aparılan işlər birliyimizi daha da gücləndirib. Prezident İlham Əliyev bildirdi ki, Zirvə görüşlərinin keçirilməsi mütəmadi xarakter almalıdır. İldə bir dəfə Zirvə görüşünün keçirilməsi kifayət etməz. Çünki sürətli, davamlı təmaslara ehtiyac var, eyni zamanda, hər bir Zirvə görüşü birliyimizin gücləndirilməsinə istiqamətlənmiş növbəti addım olur.
Qeyd olunub ki, Azərbaycanın təşəbbüsü ilə Şuşada da Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi Zirvə görüşü keçiriləcək. Şuşada təşkil olunacaq qeyri-rəsmi Zirvə görüşünün əsas mövzuları nəqliyyat və iqlimlə bağlı olacaq. Bu da təbiidir. Çünki bu gün nəqliyyat əlaqələrinin qurulması və genişləndirilməsi Türk dünyasının birləşməsi ilə sıx bağlı olan prosesdir.
Türk dünyası böyük bir ailədir, böyük potensiala malikdir və geniş bir coğrafiyanı əhatə edir. Azərbaycanın bu istiqamətdə atdığı addımlar, Türk dünyasının birliyini daha da möhkəmləndirir və gələcəkdə bu birliyin dünya səhnəsində daha da güclənməsinə töhfə verir
Svetlana Mirzəyeva ,
YAP Qusar rayon təşkilatının fəalı
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
17-01-2025
16-01-2025