Mobil versiya
Bloomberg: Makron növbədənkənar seçkilər elan etməklə partiya yoldaşlarını qəzəbləndirdi
Tarix: 12-06-2024 | Saat: 09:06
Bölmə:Özəl | çapa göndər

Bloomberg: Makron növbədənkənar seçkilər elan etməklə partiya yoldaşlarını qəzəbləndirdi

Fransa prezidenti Emmanuel Makronun İntibah partiyasındakı yoldaşları onun növbədənkənar seçkilər elan etmək qərarından narazıdırlar. Bu barədə Bloomberg yazır.
Onun partiya üzvlərinin çoxunun hələ də prezidentin qərarının məntiqini anlamadığı vurğulanır.Norveç Ukraynanın hava hücumundan müdafiəsini gücləndirmək üçün 240 milyon avro, o cümlədən Almaniya, Danimarka və Hollandiya ilə birgə səylər çərçivəsində 125 milyon avro ayıracağını bildirib.

"Norveç Ukrayna üçün hava hücumundan müdafiə tədbirlərinə 240 milyon avro töhfə verəcək. Bu gün Almaniya Danimarka, Hollandiya və Norveçlə təşəbbüslə Ukraynaya daha 100 "Patriot" hava hücumundan müdafiə raketi tədarük edəcəyini açıqladı. Norveç bu təşəbbüsə 125 milyon avro töhfə verəcək". X.-də Norveç Müdafiə Nazirliyi bildirib.

Almaniyanın müdafiə naziri Boris Pistorius çərşənbə axşamı bildirib ki, ölkəsi Ukraynaya yardımı davam etdirəcək və yeni yardım paketinə snayper tüfəngləri, pilotsuz təyyarələr və Patriot sistemləri üçün raketlər daxil olacaq. Rəsminin sözlərinə görə, Ukrayna qüvvələri Almaniya, Danimarka, Hollandiya və Norveçdən ümumilikdə 100 Patriot raketi gözləyir ki, onlardan 32-si artıq çatdırılıb, 68-i isə yaxın həftələrdə göndəriləcək.

aia.az
Tərcümə şöbəsi



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
17-01-2025