Mobil versiya
BMT Qəzza zolağında öldürülən uşaqların sayını açıqlayıb
Tarix: 12-06-2024 | Saat: 07:58
Bölmə:Özəl | çapa göndər

BMT Qəzza zolağında öldürülən uşaqların sayını açıqlayıb


BMT 2023-cü ildə Qəzza zolağında 2,1 mindən çox uşağın öldüyünü təsdiqləyə bilib. TASS xəbər verir ki, bu barədə dünya təşkilatının baş katibi Antonio Quterreşin münaqişə zonalarında uşaqların vəziyyəti ilə bağlı hesabatında deyilir.
Sənəd 2023-cü il yanvarın 1-dən dekabrın 31-dək olan hadisələrə aiddir.“BMT 2267 fələstinli uşağın (1259 oğlan, 1008 qız) öldürüldüyünü təsdiqləyib, onlardan 2141-i Qəzza zolağında öldürülüb”, - deyə beynəlxalq təşkilat bildirib.
Bundan əlavə, Şərqi Qüds və İordan çayının qərb sahilində 126 fələstinli uşaq həlak olub, BMT əlavə edib. Dünya təşkilatı 206 uşağın ölümünə görə İsrail Müdafiə Qüvvələrinin (IDF) məsuliyyətini müəyyən edib.

Ötən ilin oktyabrında Qəzza zolağında xəstəxananın bombalandığı, yüzlərlə uşaq da daxil olmaqla 800 nəfərin öldüyü bildirilmişdi.

aia.az
Tərcümə şöbəsi



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
17-01-2025