Mobil versiya
Əbədi və dönməz müstəqilliyimizin memarı
Tarix: 11-06-2024 | Saat: 12:45
Bölmə:Özəl | çapa göndər

Əbədi və dönməz müstəqilliyimizin memarı

Hər bir xalqın uzaq və yaxın keçmişində onun taleyinə həlledici təsir göstərmiş, ölkəsinin adını bəşər tarixinə şərəflə həkk etmiş, əsrlər boyu formalaşmış milli-mənəvi dəyərləri qorumaqla dövlətinin gələcəyini uğurla müəyyənləşdirmiş dahilər yetişmişdir.Ümummilli Lider bütün həyatını canından çox sevdiyi Azərbaycanın rifahına və tərəqqisinə, müstəqil dövlətçiliyimizin möhkəmlənməsinə və davamlı inkişafına həsr etmişdir. İstər sovet dönəmində, istərsə də müstəqillik illərində Heydər Əliyev uzaqgörən siyasəti, yüksək intellekti, güclü siyasi iradəsi, böyük əzmkarlığı və fədakarlığı ilə üzərinə düşən xilaskarlıq missiyasının öhdəsindən layiqincə gəlmiş, çoxşaxəli titanik fəaliyyəti ilə adını Azərbaycan tarixinə qızıl hərflərlə yazmışdır.
Azərbaycan xalqı da xoşbəxtdir ki, ona taleyinin ən ağır və çətin dövrlərində milli maraqları hər şeydən üstün tutan, zəkası, dühası və istedadı ilə tarix yazan, bütün ömrünü doğma xalqının firavan gələcəyi naminə mübarizəyə həsr edən Heydər Əliyev kimi dahi şəxsiyyət öndərlik etmişdir. Müasir Azərbaycan dövlətinin qurucusu, xalqın, dövlətin müstəqilliyi və inkişafı naminə böyük və əvəzedilməz işlər görmüş Ümummilli Lider Heydər Əliyev taleyüklü problemləri həll edən xilaskar tarixi şəxsiyyət olmaqla yanaşı, həm də tarixi yaradan şəxsiyyət olmuşdur.Bir faktı demək kifayətdir ki, Heydər Əliyev 1969-cu ildə siyasi rəhbərliyə gəlişi ilə sovet imperiyası tərəfindən illərlə milli genofondu, intellektual elitası məhv edilmiş, milli ruhu sarsılmış və adət-ənənələrindən uzaq düşmüş bir toplumu yenidən dirçəltdi və inkişafını təmin etdi. O, zaman və məkanla məhdudlaşan konkret bir dövrün şəxsiyyəti olmadığını, tarixin gedişatını dəyişən, çox möhtəşəm ideallara əsaslanan əməllərin sahibi olduğunu göstərdi.Azərbaycan Respublikasının dövlət müstəqilliyini təmin etmək, onun dönməzliyini möhkəmləndirmək üçün hər şeydən əvvəl ölkənin Əsas Qanununu – Konstitusiyasını qəbul etmək lazım idi. Azərbaycan SSR-in 1978-ci il Konstitusiyası dövlət müstəqilliyimizin məqsəd və vəzifələrinə cavab vermirdi. Digər tərəfdən, müstəqillik şəraitində Azərbaycan Respublikasının iqtisadi, siyasi və ideoloji sisteminin əsaslı surətdə dəyişməsi hüquq sisteminin də dəyişdirilməsini zəruri edirdi. Buna görə dövlətin qarşısında ilk növbədə müstəqil Azərbaycan Respublikasının Konstitusiyasını hazırlamaq və tezliklə qəbul etmək vəzifəsi dururdu.
Azərbaycanın demokratik və bəşəri dəyərlərə sadiq müstəqil bir dövlət kimi formalaşması Ümummilli Lider Heydər Əliyevin 1993-cü ilin iyununda xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışının nəticəsi, müdrik siyasi fəaliyyətinin bəhrəsidir. Ulu öndər Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsini, xalqın birliyinin təmin olunmasını, ictimai-siyasi sabitlik və iqtisadi dirçəliş üçün zəmin yaradılmasını özünün dövlətçilik strategiyasının əsas istiqamətləri kimi müəyyənləşdirdi.Heydər Əliyev respublikamızda quruculuq tədbirlərinə neft strategiyasının yaradılması və həyata keçirilməsi ilə başladı. Böyük siyasət korifeyinin ölkə iqtisadiyyatının hərtərəfli inkişafı üçün neft amilindən məharətlə istifadə etməsi, 1994-cü ilin sentyabrında böyük təzyiqlərə baxmayaraq “Əsrin müqaviləsi”nin imzalanmasına nail olması yüksək siyasi iradənin və qətiyyətin təntənəsi idi.Bu gün dahi şəxsiyyət Heydər Əliyevin ideyaları yaşayır və xalqımıza düzgün yol göstərir. Azərbaycan dövləti ulu öndərimizin layiqli siyasi varisi cənab İlham Əliyevin rəhbərliyi ilə daha yüksək zirvələrə doğru inamla irəliləyir. Bundan sonrada ölkənin uğurlu inkişafı üçün əlindən gələni edəcəyinə söz verən dövlət başçısı İlham Əliyev demişdir: “Bizim siyasətimiz Azərbaycan xalqının maraqlarına xidmət göstərir. Azərbaycan xalqının maraqlarının qorunması, Azərbaycan dövlətinin möhkəmləndirilməsi, Azərbaycanın dövlət müstəqilliyinin möhkəmləndirilməsi mənim üçün və bilirəm ki, hər bir Azərbaycan vətəndaşı üçün ən başlıca vəzifədir, ən başlıca məqsəddir”.
Bu gün qalib dövlət və böyük Zəfərin müəllifi kimi tarixə düşən İlham Əliyev ata vəsiyyətini yerinə yetirmənin haqlı qururunu yaşayır. Torpaqlarımızın azad olunması və ərazi bütövlüyümüzün bərpası Ulu Öndərin ən böyük arzusu idi və tarixi, şərəfli missiyanı Ali Baş Komandanımız, Müzəffər ordumuz və xalqımızın birliyi sayəsində yerinə yetirdi və bir daha sübut etdi ki, həqiqətən Ulu Öndərin siyasi kursunun alternativsiz yeganə varisidir.

Anar Məmmədov,
YAP Gədəbəy rayon təşkilatının məsul əməkdaşı




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
27-07-2024