Mobil versiya
Bu səfər Misir-Azərbaycan əlaqələrinin inkişafına böyük töhfələr verəcək
Tarix: 10-06-2024 | Saat: 13:17
Bölmə:Siyasət / Özəl | çapa göndər

Bu səfər Misir-Azərbaycan əlaqələrinin inkişafına böyük töhfələr verəcək

Bu gün Azərbaycan-Misir əlaqələrinin tarixində daha bir səhifə yazılır. Prezidenti İlham Əliyevin Misir Ərəb Respublikasına rəsmi səfəri ölkələrimiz arasında münasibətlərin inkişafına yeni və mühüm töhfə verəcək.
İyunun 8-də Qahirədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev  və Misir Ərəb Respublikasının Prezidenti Əbdülfəttah əs-Sisi təkbətək, geniş tərkibdə keçirilən görüşlərdən, Azərbaycan-Misir sənədlərinin imzalanması mərasimindən sonra mətbuata bəyanatlarında iki ölkənin əlaqələrinin yeni istiqamətlərini də açıqlayıblar.
İki ölkənin beynəlxalq təşkilatlar çərçivəsində, o cümlədən BMT, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində fəal əməkdaşlıq etdiyini, İslam həmrəyliyinin gücləndirilməsi istiqamətində birgə addımlar atdığını  vurğulayan dövlətimizin başçısı bildirib ki, beynəlxalq məsələlərdə iki  ölkə arasında  fikir ayrılığı yoxdur: “Bütün beynəlxalq məsələlərdə bizim fikrimiz üst-üstə düşür. Bildiyiniz kimi, Misirin dəstəyi ilə Azərbaycan dörd il ərzində Qoşulmama Hərəkatına sədrlik etmişdir. Bu sədrliyin nəticəsində Hərəkat daha böyük imkanlara malik olmuşdur”. Prezident İlham Əliyev, həmçinin qeyd edib ki, Fələstin Dövlətinin yaradılması bizim Qoşulmama Hərəkatına sədrliyimiz dövründə hər zaman diqqət mərkəzində olub: “Azərbaycanın mövqeyi birmənalıdır - müstəqil Fələstin Dövləti qurulmalıdır, Şərqi Qüds onun paytaxtı olmalıdır. Bu gün Qəzzada yaşanan faciə tezliklə dayandırılmalıdır, müharibə dayandırılmalıdır və bütün məsələlər danışıqlar yolu ilə həll olunmalıdır”. 
Daha sonra Azərbaycanın keçən ilin sentyabr ayında öz dövlət suverenliyini və ərazi bütövlüyünü tam bərpa etməsini, hazırda Azərbaycan-Ermənistan şərti sərhədində sakitlik hökm sürdüyünü, heç bir atəşkəs pozuntusu müşahidə olunmadığını diqqətə çatdıran  dövlətimizin başçısı Cənubi Qafqazdakı digər proseslərdən də ətraflı söz açıb. Bildirib ki, hazırda Azərbaycan və Ermənistan öz dövlət sərhədlərini müəyyənləşdirmək işində müəyyən uğurlara nail olublar. Demək olar ki, 12,7 kilometr dövlət sərhədi razılaşdırılıb. Azərbaycanın Qazax rayonunun otuz ildən çox müddət ərzində işğal altında olmuş dörd kəndi danışıqlar yolu ilə Azərbaycana geri qaytarılıb və biz bunu müsbət hal kimi qiymətləndiririk: “Eyni zamanda, hesab edirəm ki, danışıqlar prosesində də irəliləyiş üçün yaxşı imkanlar var. Hər halda Azərbaycan buna hazırdır”.
Misirlə Azərbaycan arasında ticarət dövriyyəsinin həcminin artırılmasını müsbət hal kimi dəyərləndirən Prezident İlham Əliyev, həmçinin vurğulayıb ki, ancaq mütləq rəqəmlər hələ bizi qane etmir və bu gün imzalanmış sənədlər, əldə edilmiş razılaşmalar  bu istiqamətdə daha uğurlu nəticələrə çatmaqda böyük rol oynayacaq. Şübhəsiz, Azərbaycan ərazisindən keçən  həm Şərq-Qərb, həm Şimal-Cənub nəqliyyat dəhlizləri də nəqliyyat-logistika sahəsində əməkdaşlıq üçün çox gözəl imkanlar açır.
Qeyd edək ki, Qahirədə iyunun 8-də Azərbaycan Prezidenti İlham Əliyevin və Misir Prezidenti Əbdülfəttah əs-Sisinin iştirakı ilə müxtəlif sferaları əhatə edən 7 sənəd imzalanıb. 
Dövlətimizin başçısı çıxışının sonunda noyabr ayında Bakıda keçiriləcək COP29 çərçivəsində də iki ölkə ilə bağlı müzakirələrin aparılacağına ümidvar olduğunu bildirib.

Bayram Xudayarov
Elm və Təhsil Nazirliyi Fizika İnstitutunun əməkdaşı,
“Heydər Əliyev məktəbinin davamçıları” Feysbuk qrupunun təsisçisi və rəhbəri,
YAP-ın fəal üzvü




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
27-11-2024