Mobil versiya
TÜRKPA-nın toplantısı böyük əhəmiyyət daşıyır
Tarix: 10-06-2024 | Saat: 12:32
Bölmə:Özəl | çapa göndər

TÜRKPA-nın toplantısı böyük əhəmiyyət daşıyır

Türk dövlətləri ilə münasibətlərin möhkəmləndirilməsi Azərbaycan
xarici siyasətinin əsas istiqamətlərindəndir. Son illərdə Türk dövlətləri
arasında əlaqələr bütün sahələrdə intensiv xarakter alıb və dövrün
tələblərinə, baş verən proseslərə uyğun olaraq sürətlə inkişaf etdirilir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iyunun 6-da
TÜRKPA-nın növbəti plenar iclasının iştirakçılarının bir qrupunu qəbul edib.
Qəbulda TÜRKPA-nın Baş katibi Mehmet Süreyya Eri ilə bərabər
Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Şimali Kipr Türk Cümhuriyyəti və
Macarıstanın rəsmi nümayəndələri də iştirak ediblər.
Görüşdə çıxışı zamanı Prezident İlham Əliyev bildirib ki, Türk
dünyasının birləşməsi istiqamətində ölkələrimiz böyük səylər göstərirlər.
Bildiyiniz kimi, Azərbaycanın xarici siyasətinin prioritetlərinin müəyyən
edilməsi zamanı Türk dünyasının gücləndirilməsi, Türk dövlətləri ilə
əlaqələrimiz prioritet istiqamət kimi müəyyən olunub. Ölkə başçısı qeyd
edib ki: Builki prezident seçkilərindən sonra andiçmə mərasimindəki
çıxışımda bildirmişdim ki, bizim ailəmiz Türk dünyasıdır, bizim başqa
ailəmiz yoxdur. Əslində, bu, ölkəmizin bu istiqamətdəki siyasətini açıq
şəkildə büruzə verir. Şadam ki, son illər ərzində Türk Dövlətləri Təşkilatı
xətti ilə aparılan işlər birliyimizi daha da gücləndirir.
Şuşada təşkil olunacaq qeyri-rəsmi Zirvə görüşün əsas
mövzuları nəqliyyat və iqlimlə bağlı olacaq. Bu da təbiidir, çünki bu gün
nəqliyyat əlaqələrinin qurulması və genişləndirilməsi Türk dünyasının
birləşməsi ilə sıx bağlı olan prosesdir. Həmçinin Orta Dəhlizin fəaliyyətə
başlaması və yükdaşımaların artırılması göz önündə olan məsələlərdir.
Burada Türk Dövlətləri Təşkilatına üzv olan bütün ölkələr birgə fəaliyyət
göstərir. İndiki zəmanədə Orta Dəhlizin potensialına dünyada daha böyük
ehtiyac vardır.
Zirvə görüşünün Şuşada keçirilməsi böyük rəmzi məna daşıyır. Şuşa
4 ilə yaxındır ki, işğaldan azad edilib və hazırda orada sürətlə quruculuq-
bərpa işləri aparılır. Türk Dövlətləri Təşkilatına üzv ölkələrin liderləri Şuşaya
səfərlər ediblər. Fərəhli haldır ki, Türkiyə, Özbəkistan, Qazaxıstan,
Qırğızıstan prezidentləri Ağdama və Füzuliyə səfər edib.
Bu gün işğaldan azad edilən topparlarda genişmiqyaslı bərpa-
quruculuq işləri həyata keçirilir. bu torpaqlarda qardaş ölkələrin təşəbbüsü
və maliyyə dəstəyi ilə artıq bir məktəb və bir incəsənət mərkəzi fəaliyyətə
başlayıb. Bunlar Özbəkistan və Qazaxıstan tərəfindən inşa edilib. Bir
məktəbin təməlini isə bu yaxınlarda Qırğızıstan Prezidentinin iştirakı ilə
Ağdam rayonunda qoyulub. Cəbrayıl rayonundakı bir məntəqədə isə
Macarıstanın maliyyə dəstəyi ilə bir məktəb inşa ediləcəkdir. Bütün bunlar
bir daha birliyimizi göstərir. Bu fürsətdən istifadə edərək mən qardaş
ölkələrə bir daha təşəkkürümü bildirmək istəyirəm – deyə Prezident
bildirib.
Ölkə başçısı görüşdə bildirib ki, TÜRKPA-nın bugünkü toplantısı
böyük əhəmiyyət daşıyır. Əminəm ki, müzakirə ediləcək məsələlər bizim
birliyimizi daha da gücləndirəcək. Eyni zamanda, hər dəfə qardaş
ölkələrdən yüksəkvəzifəli şəxslər ölkəmizə gələndə, bu, bizi sevindirir. Türk
dünyası böyük bir ailədir, böyük potensiala malikdir, böyük coğrafiyanı
əhatə edir. Nəqliyyat yolları, enerji resursları, insan kapitalı, artan əhali,
demoqrafik vəziyyətin müsbət olması – bunlar, böyük bir güc potensialıdır.
Bizim vəzifəmizdir ki, bu potensialı dünya miqyasında böyük bir gücə
çevirək, əminəm ki, bu olacaq, biz bunu görürük. Hər bir toplantı, hər bir
Zirvə görüşü bizim məqsədlərimizə doğru atılan növbəti addım olur.

Ağaverdi Əliverdiyev
YAP Qusar rayon təşkilatının əməkdaşı




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
17-01-2025