Bakı Enerji Həftəsi dünya mediasının diqqət mərkəzindədir
Tarix: 10-06-2024 | Saat: 11:58
Bölmə:Özəl | çapa göndər
Bakı Enerji Həftəsi çərçivəsində keçirilən 29-cu Beynəlxalq Xəzər Neft və Qaz - “Caspian Oil&Gas” və 12-ci Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji - “Caspian Power” sərgiləri dünya mediasının diqqət mərkəzindədir.
BƏƏ və Səudiyyə Ərəbistanı mediası, həmçinin Azərbaycan Prezidenti İlham Əliyev və BƏƏ-nin sənaye və qabaqcıl texnologiyalar naziri, COP28-in sədri Sultan bin Əhməd Əl-Cabirin iki günəş və bir külək enerjisi layihəsinin təməlqoyma mərasimində iştirakı haqqında geniş məqalələr dərc edib. Ərəb ölkələri ictimaiyyətinin diqqətinə çatdırılıb ki, bu layihələr təmiz enerji sahəsində dünya lideri olan “Masdar” tərəfindən Azərbaycanın milli neft şirkəti SOCAR ilə birgə işlənib hazırlanacaq.
Məqalələrdə diqqətə çatdırılıb ki, Sultan bin Əhməd Əl-Cabir Azərbaycanın COP29-a ev sahibliyi etməyə hazırlaşdığını, hazırkı COP prezidenti Birləşmiş Ərəb Əmirliyinin COP29-un sədrliyi ilə sıx əməkdaşlıq etməyə davam edəcəyini bildirib. O, həmçinin bütün ölkələri, maraqlı tərəfləri COP29-un heç bir şübhəyə yer qoymayan orqan olmasını təmin etməyə dəstək verməyə çağırıb.
Məqalələrdə qeyd edilib ki, qlobal enerji böhranı dövründə Azərbaycanın ev sahibliyi etdiyi bu mötəbər tədbir 30-dan çox ölkədən 300-dək şirkəti bir araya gətirib. Dünya mediası Prezident İlham Əliyevin çıxışında Qarabağ və Şərqi Zəngəzurun azad olunmuş ərazilərinin nəhəng hidroelektrik potensialı, həmin ərazilərin azad edilməsindən sonra orada 270 meqavat həcmində hidroelektrik stansiyaların istifadəyə verilməsi və 3-5 il ərzində bu rəqəmin 500 meqavata çatacağı barədə fikirlərinə də yer ayırıb.
Xəbər və məqalələrdə Prezident İlham Əliyevin və Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar naziri Sultan bin Əhməd Əl-Cabirin Bakı Enerji Həftəsi çərçivəsində iki günəş və bir külək elektrik stansiyasının təməlini qoyması barədə geniş məlumat verilib.
Məqalələrdə diqqətə çatdırılıb ki, “Şahdəniz” qaz yatağının əhəmiyyətindən danışan Prezident İlham Əliyev hazırda Azərbaycanın təbii qaz ixracının artdığını, bu il ixracatın 24 milyard kubmetrdən artıq olacağını bildirib. O əlavə edib ki, səkkiz ölkə Azərbaycandan qaz alır, bir neçə ay bundan öncə keçirilmiş Cənub Qaz Dəhlizinin Məşvərət Şurasının toplantısında Avropa Komissiyası Azərbaycanı ümum-Avropa qaz təchizatçısı adlandırıb və bu, həqiqətdir. Azərbaycanın lideri vurğulayıb ki, hazırda öz enerji təhlükəsizliyini təmin etmək üçün Azərbaycan təbii qazına ehtiyacı olan bir neçə əlavə ölkə ilə danışıqların aktiv fazası gedir.
Yazılarda o da qeyd edilib ki, Azərbaycan Prezidenti enerji təhlükəsizliyinin milli təhlükəsizliyin ayrılmaz hissəsi olduğunu, idxaldan asılı olan ölkələrin ən etibarlı və uzunmüddətli tərəfdaşlar və müqavilələr axtardığını, Azərbaycanın simasında məhz bunu əldə etdiklərini bildirib. O vurğulayıb: “Bizim sözümüz imzamız qədər dəyərlidir. Son 30 il ərzində imzalanmış bütün müqavilələr tam şəkildə icra olunub. Onların hamısı parlament tərəfindən ratifikasiya olunub və qanun şəklində imzalanıb. Orada bir söz belə dəyişilməyib. Bu etibar onilliklər ərzində qazanılıb. Bunun nəticəsidir ki, biz bu gün bərpaolunan enerji sahəsində növbəti sürətli inkişafın şahidiyik”.
Ramella Əliyarova
YAP Qusar rayon təşkilatının fəal üzvü
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər