Mobil versiya
Türk birliyi öz gücünü artırır
Tarix: 10-06-2024 | Saat: 09:09
Bölmə:Siyasət / Özəl | çapa göndər

Türk birliyi öz gücünü artırır

Azərbaycanın xarici siyasətinin mühüm prioritet istiqamətlərindən biri Türk dünyasının gücləndirilməsi, Türk dövlətləri ilə əlaqələrin möhkəmləndirilməsidir. Əlbəttə ki, Türk Dövlətləri Parlament Assambleyasının (TÜRKPA) fəaliyyəti də bu baxımdan yüksək qiymətləndirilməlidir. Ölkə Prezidenti cənab İlham Əliyev iyunun 6-da TÜRKPA-nın növbəti plenar iclasının iştirakçılarını qəbul edərkən söylədiyi nitqində bir daha vurğuladı ki, bu tədbir Türk dünyasının birliyinin və gücünün növbəti bir təzahürüdür. Dövlətimizin başçısı Türk dövlətləri arasında olan dostluq və qardaşlıq əlaqələrinin gücləndirilməsinin vacibliyini önə çəkdi. Bu gün bütün dünyada güc amilinin getdikcə daha çox həlledici faktor kimi çıxış etməsi cənab Prezident İlham Əliyevin səsləndirdiyi fikirlərin həyati əhəmiyyətini bir daha təsdiq edir. Builki prezident seçkilərindən sonra andiçmə mərasimindəki çıxışında cənab Prezident bildirmişdi ki, bizim ailəmiz Türk dünyasıdır, bizim başqa ailəmiz yoxdur. Bu fikir birmənalı olaraq ölkəmizin xarici siyasətində əsas prioritet istiqamətin hansı olduğunu açıq şəkildə büruzə verir.

Bu gün işğaldan azad edilmiş Azərbaycan əraziləri də bütün türkdilli ölkələrin mənəvi birliyinin, həmrəyliyinin təcəssümü kimi çıxış edir. Son dörd ildə Türk Dövlətləri Təşkilatına üzv ölkələrin liderlərinin, Türkiyə, Özbəkistan, Qazaxıstan, Qırğızıstan prezidentlərinin Şuşaya, Ağdama, Füzuliyə etdikləri səfərlər bu birliyin möhkəmlənməsinə misilsiz töhfələr verir. Azad edilmiş torpaqlarda qardaş ölkələrin təşəbbüsü və maliyyə dəstəyi ilə artıq bir məktəb və bir incəsənət mərkəzi fəaliyyətə başlamışdır. Bu müəssisələr Özbəkistan və Qazaxıstan tərəfindən inşa edilib. Bir məktəbin təməli isə bu yaxınlarda Qırğızıstan Prezidentinin iştirakı ilə Ağdam rayonunda qoyulub. Cəbrayıl rayonundakı daha bir məntəqədə isə Macarıstanın maliyyə dəstəyi ilə bir məktəb inşa ediləcək. Bütün bunlar azad edilmiş torpaqlarda Türk dünyasının birliyini əyani təcəssümüdür.

Öz çıxışında cənab Prezident İlham Əliyev Təşkilatın ildə bir dəfə Zirvə görüşünün keçirilməsini qənaətbəxş hesab etmədiyini bildirdi. Buna görə də Azərbaycanın təşəbbüsü ilə bir aydan sonra Şuşada Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi Zirvə görüşü keçiriləcək. Bu ali toplantının əsas mövzuları isə nəqliyyat və iqlimlə bağlı olacaq. Nəqliyyat əlaqələrinin qurulması və genişləndirilməsi Türk dünyasının birləşməsi ilə sıx bağlı olan prosesdir. İqlim məsələləri isə bu gün Azərbaycanın gündəliyində duran əsas vəzifələrdən biridir. Cari ilin noyabr ayında ölkəmizdə keçiriləcək COP29 öncəsi Türk dövlətlərinin rəhbərlərinin Azərbaycanda bir araya gələrək vahid strateji mövqe formalaşdırmaları, müzakirə olunacaq məsələlər üzrə evvektiv nəticələrin əldə olunmasına xidmət edəcək.

David İbramxəlilov,
YAP Qusar rayon təşkilatının sədri.




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
27-11-2024