Bakı Enerji Həftəsi Azərbaycanın davamlı inkişafını nümayiş etdirir
Tarix: 07-06-2024 | Saat: 16:44
Bölmə:Özəl | çapa göndər
İyunun 4-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakı Ekspo Mərkəzində Bakı Enerji Həftəsi çərçivəsində keçirilən 29-cu Beynəlxalq Xəzər Neft və Qaz - “Caspian Oil&Gas” və 12-ci Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji - “Caspian Power” sərgilərinin rəsmi açılış mərasimində iştirak edib.
Prezident İlham Əliyev öz çıxışında Xəzər Neft və Qaz Sərgisinin otuz il bundan əvvəl 1994-cü ildə fəaliyyətə başlayaraq, Azərbaycanın enerji sektoruna birbaşa xarici investisiyaların cəlb edilməsində mühüm rol oynadığını, o vaxtdan bəri bu tədbirin enerji siyasətinin bütün əsas seqmentlərini əhatə etdiyini vurğulayıb.
Prezident son 30 il ərzində imzalanmış bütün müqavilələrin tam şəkildə icra olunduğunu, onilliklər ərzində qazanılan etibarın nəticəsi olaraq bu gün Azərbaycanın bərpaolunan enerji sahəsində növbəti sürətli inkişafın şahidi olduğumuzu qeyd edib.
“İqlim dəyişikliyi hər bir ölkə üçün çağırışdır. Biz proaktiv addımlar atdıq və hazırda tərəfdaşlarımızla birgə çalışırıq”, deyə vurğulayan Prezident hazırda iki layihənin işlənilməkdə olduğunu, Qarabağ və Şərqi Zəngəzurda hidroelektrik stansiyalarla bağlı görülən işlər də əlavə olunarsa, 2027-ci ilədək 2 qiqavat həcmində bərpaolunan enerjinin əldə edilməsinin tamamilə real hədəf olduğunu deyib.
4 iyun tarixinin “Şahdəniz” müqaviləsinin imzalanması, həmçinin yaşıl keçidlə bağlı təməlqoyma mərasimi ilə yadda qalacağını deyən Prezident İ.Əliyev budəfəki Bakı Enerji Həftəsində mühüm nəticələrin əldə ediləcəyinə inamını ifadə edib.
Svetlana Mirzəyeva ,
YAP Qusar rayon təşkilatının fəalı
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər