Hərbiləşdirilmiş qüvvə kəndə hücum etdi: 180 ölü!
Tarix: 07-06-2024 | Saat: 13:35
Bölmə:Özəl | çapa göndər
Yarımhərbi qüvvələr Çevik Dəstək Qüvvələrinin (RSF) Sudanda bir kəndə təşkil etdiyi hücumlarda aralarında qadın və uşaqların da olduğu 180 nəfər həyatını itirib. Sudan hökuməti beynəlxalq ictimaiyyəti RSF-ni terror təşkilatı kimi tanımağa çağırıb.Sudanda ordu ilə yarımhərbiləşdirilmiş qüvvə Çevik Dəstək Qüvvələri (RSF) arasında qarşıdurmalar bir ildən çoxdur ki, davam edir. Sudan Xarici İşlər Nazirliyindən verilən açıqlamada, Çevik Dəstək Qüvvələrinin çərşənbə günü Gezira əyalətinin Vad əl-Noura kəndinə hücum etdiyi və aralarında qadın və uşaqların da olduğu 180 silahsız kəndlinin həyatını itirdiyi bildirilib.
Bəyanatda iyrənc qətliamın pisləndiyi vurğulanıb və belə hücumların beynəlxalq ictimaiyyətin RSF və onun xarici muzdlularına qarşı hərəkətsizliyi nəticəsində baş verdiyi bildirilib. “Bu, 1994-cü ildə Ruandada baş vermiş soyqırım qırğınlarında tətbiq edilən yanaşmaya bənzəyir”, - bəyanatda deyilir. Bu səbəbdən Sudan hökuməti bu qətliamın beynəlxalq ictimaiyyətin RSF-yə baxışında dönüş nöqtəsi olmasını və onun bütün bəşəriyyət üçün təhlükə yaradan terror təşkilatı kimi qiymətləndirilməsini tələb edir”.
Sosial mediada paylaşılan görüntülərdə həyatını itirənlərin cansız bədənləri yan-yana düzülüb.
aia.az
Tərcümə şöbəsi
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər