Mobil versiya
Eltun Süleymanov: “Türk ailəsi inkişaf edir, birliyimiz möhkəmlənir”
Tarix: 07-06-2024 | Saat: 12:53
Bölmə:Manşet / Siyasət / Özəl | çapa göndər

Eltun Süleymanov: “Türk ailəsi inkişaf edir, birliyimiz möhkəmlənir”

Azərbaycan Respublikası TDT-yə üzv qardaş dövlətlərlə ikitərəfli və çoxtərəfli tərəfdaşlıq münasibətlərinə yüksək dəyər verir və üzv dövlətlər arasında qarşılıqlı etimadın gücləndirilməsi, regionda və onun hüdudlarından kənarda sülhün qorunub-saxlanılması, ortaq maraqları əhatə edən hərtərəfli və səmərəli regional və ikitərəfli əməkdaşlığın təşviqi, ticarət və sərmayələr üçün münbit şəraitin yaradılması da daxil olmaqla, təşkilatın məqsəd və məramlarına sadiqdir.
TürkPA-nın fəlaiyyətinin güclənməsinə daim diqqət yetirən cənab Prezident İlham Əliyev bu təşkilata xüsusi önəm verir. Cari ilin 6 iyun tarixində TÜRKPA-nın növbəti plenar iclasının iştirakçılarını qəbul edən cənab İlham Əliyev TÜRKPA-nın növbəti plenar iclası yaxşı nəticələr verəcəyinə, belə toplantıların bir qayda olaraq Türk dünyasının birliyinin təzahürü olduğuna əminliyini ifadə edib: “Əminəm ki, Bakı toplantısı da istisna olmayacaq. Türk dünyasının birləşməsi istiqamətində ölkələrimiz böyük səylər göstərirlər.”
Azərbaycanın xarici siyasətinin prioritetlərinindən biri və birincisi olan Türk dünyasının gücləndirilməsi, Türk dövlətləri ilə əlaqələrin prioritet istiqamət kimi müəyyən olunduğunu qeyd edən ölkə başçısı bir daha vurğulayıb ki, . “bizim ailəmiz Türk dünyasıdır, bizim başqa ailəmiz yoxdur.”

Bu sözləri aia.az-a verdiyi açıqlamada Nəsimi RİH-nin yanında İctimai Şuranın sədr müavini Eltun Süleymanov deyib.

Müsahibimiz bildirib ki, cənab Prezidentin “Əslində, bu, ölkəmizin bu istiqamətdəki siyasətini açıq şəkildə büruzə verir. Şadam ki, son illər ərzində Türk Dövlətləri Təşkilatı xətti ilə aparılan işlər birliyimizi daha da gücləndirir.” fikri göstərir ki, ölkə başçısı bu birliyin güclənməsində və inkişafında maraqlıdır, bunun üçün lazım olan hər şeyi edir.”

Eltun Süleymanov qeyd edib ki, “cənab İlham Əliyev bir aydan sonra Şuşa şəhərində keçirilməsi nəzərdə tutulan Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi Zirvə görüşünə diqqət çəkərək bildirib ki, “həm sürətli, yəni davamlı təmaslara ehtiyac var, eyni zamanda, hər bir Zirvə görüşü birliyimizin gücləndirilməsinə istiqamətlənmiş növbəti addım olur.”

Görüşün əsas mövzularının nəqliyyat və iqlimlə bağlı olacağını bildirən ölkə başçısı nəqliyyat əlaqələrinin qurulması və genişləndirilməsinin Türk dünyasının birləşməsi ilə sıx bağlı olan proses olduğunu qeyd etmiş və demişdir: “ Orta Dəhlizin fəaliyyətə başlaması və yükdaşımaların artırılması göz önündə olan məsələlərdir. Burada Türk Dövlətləri Təşkilatına üzv olan bütün ölkələr birgə fəaliyyət göstərir. Mən hesab etdim ki, indiki zəmanədə Orta Dəhlizin potensialına dünyada daha böyük ehtiyac var. Biz bu mövzu ilə bağlı, gələcək addımlarımızla bağlı geniş fikir mübadiləsi aparmalıyıq.”

Müsahibimiz bildirib ki, “Zirvə görüşünün Şuşa şəhərində keçirilməsinin xüsusi məna daşıdığını bilirən cənab İlham Əliyev diqqəti işğaldan azad edilmiş topraqlarımızda- Qarabağda və Şərqi Zəngəzurda aparılan bərpa-quruculuq işlərinə, eləcə də bu işdə bizə dsətk olan qardaş türk dövlətlərinin dəstəyinə yönəldib: “Türkiyə Prezidenti, Özbəkistan Prezidenti, Qazaxıstan Prezidenti, Qırğızıstan Prezidenti Ağdama və Füzuliyə səfər etmişdir. Yəni bu, işğal edilmiş torpaqların bərpası üçün, əlbəttə, böyük məna daşıyır. Biz bir daha qardaş dəstəyini hiss edirik, bütün Azərbaycan xalqı bunu hiss edir.”

Eltun Süleymanov sonda əlavə edib ki, hər bir görüş, hər bir iclas birliyimizin möhkəmlənməsinə öz töhfəsini verir. Ölkəmizin başçısının qeyd etdiyi kimi, bizim Türk ailəmiz daha sıx tellərlə birləşir və möhkəmlənir.”



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
27-11-2024