Mobil versiya
Azərbaycan etibarlı tərəfdaş kimi mövqeyini gücləndirir
Tarix: 07-06-2024 | Saat: 10:34
Bölmə:Özəl | çapa göndər

Azərbaycan etibarlı tərəfdaş kimi mövqeyini gücləndirir

Böyük coğrafi məkanı əhatə edən enerji sisteminin ən mühüm hadisəsi olan Bakı Enerji Həftəsi iştirakçıların say tərkibi, eyni zamanda, həftə çərçivəsində keçirilən tədbirlər, səsləndirilən fikirlər baxımından diqqəti xüsusilə cəlb edir. Prezident İlham Əliyevin Bakı Enerji Həftəsinin açılış mərasimindəki çıxışında səsləndirdiyi hər bir çağırış gələcəklə bağlı yol xəritəsidir. Belə ki, “Əsrin müqaviləsi”nin imzalandığı vaxtdan bu günədək Azərbaycanın keçdiyi inkişaf yolunu geniş təhlil edən cənab İlham Əliyev diqqəti ilk Xəzər Neft və Qaz Sərgisinin keçirildiyi dövrün reallıqlarına yönəldərək bildirdi ki, o zaman Azərbaycan çox riskli ölkə hesab olunurdu. Söhbət təkcə Birinci Qarabağ müharibəsi və Ermənistanın ərazilərimizi işğalından yox, həm də daxili münaqişələrdən gedir. 1993-cü ilin vətəndaş müharibəsi, əslində, ölkəni uçuruma aparırdı: “Buraya iqtisadi çətinlikləri, min faiz səviyyəsində olan inflyasiyanı, sənayemizin durğunluğunu və enerji resurslarının qıtlığını əlavə edə bilərik. Bizdə elektrik enerjisi və təbii qaz qıtlığı var idi - bir neçə onilliklər ərzində enerji resurslarına görə məşhur olan bir ölkədə. Çar Rusiyası və Sovetlər İttifaqı dönəmində Azərbaycan bu sahədə təkcə regional yox, qlobal miqyasda lider idi. Lakin müstəqillik böyük bir enerji böhranı ilə müşayiət olundu.”

YAP Laçın rayon təşkilatının 37 saylı ƏPT -nın sədri Mehri Çıraqova



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
17-01-2025