Mobil versiya
Bizim sözümüz imzamız qədər dəyərlidir
Tarix: 07-06-2024 | Saat: 09:13
Bölmə:Özəl | çapa göndər

Bizim sözümüz imzamız qədər dəyərlidir

Azərbaycanda hər il keçirilən Bakı Enerji Həftəsi beynəlxalq müstəvidə böyük maraqla qarşılanır. Bu tədbir bütün dünyanın enerji sənayesi sahəsində mövcud olan liderlərini bir araya gətirir və bununla da diqqəti Azərbaycana cəmləşdirir. Prezident İlham Əliyevin Bakı Enerji Həftəsinin açılış mərasimində iştirakı tədbirin yüksək statusunu təsdiqləyir. Eyni zamanda, dünyanın aparıcı ölkələrinin liderlərinin, beynəlxalq qurumların rəhbərlərinin ünvanladıqları məktublar da onların bu tədbirə vacib əhəmiyyət verdiklərini göstərir.
Bu il Bakı Enerji Forumunda 37 ölkədən 300-dən artıq şirkət iştirak edib. Enerji sənayesinin liderləri məhz Bakıda bir araya gələrək enerji təhlükəsizliyi, enerji istehsalı, yaşıl enerji və digər vacib məsələləri müzakirə edirlər.
Enerji Həftəsi özündə üç mühüm tədbiri birləşdirir: Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi “Caspian Oil&Gas”, 12-ci Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji Sərgisi “Caspian Power” və 29-cu Bakı Enerji Forumu.
Bu il Bakı Enerji Həftəsi bir sıra əlamətdar hadisələrə təsadüf edir. Belə ki, Azərbaycanın neft tarixində yeni dövrün əsasını qoymuş "Əsrin müqaviləsi"nin imzalanmasından 30 il ötür. Ölkəmizin yeni enerji strategiyasının müəllifi, Ümummilli lider Heydər Əliyevin təşəbbüsü və iştirakı ilə imzalanan "Əsrin müqaviləsi" Azərbaycanın dünyanın neft ixracatçılarından birinə çevrilməsində mühüm rol oynayıb.Bakı Enerji Həftəsi regionun ən böyük və vacib tədbirlərdəndir. Burada dünyanın aparıcı ölkələrinin şirkətləri təmsil olunur. Bütün bunlar isə ondan xəbər verir ki, kifayət qədər böyük iştirakçılıq və coğrafi baxımdan geniş regionu əhatə edən bir tədbirdir. Həmçinin, Azərbaycanın enerji imkanlarının yenidən təqdim olunması və xüsusən regionun, eləcə də Avropa İttifaqının enerji təhlükəsizliyində Azərbaycanın rolunun artmasını şərtləndirən faktorlar baxımından da vacibdir. Azərbaycan Prezidentinin qeyd etdiyi kimi, tədbir enerji siyasətinin bütün seqmentlərini əhatə edir.Tədbir eyni zamanda, yaşıl enerji sahəsində potensialın qiymətləndirilməsi və yeni əməkdaşlıq imkanlarının tapılmasına xidmət edəcək.Bakı Enerji Həftəsi fərqli dövlət və hökumət rəsmiləri, beyin mərkəzinin əməkdaşlarının bir araya gəlməsinə və qlobal enerji məsələlərinin müzakirəsinə imkan yaradır. Bu da nəticə etibarı ilə həm enerji sahəsində dövlət-özəl sektor əməkdaşlığının gücləndirilməsi, yeni ideyaların müzakirə olunması və bu sahədə real, perspektivə hesablanan addımların atılmasına gətirib çıxarır, həm də innovasiya və texnologiyanın təqdimatı baxımından çox vacibdir. Enerji sahəsində ən vacib məqamlardan biri innovativ dəyişikliklərdir. Bakıda keçirilən bu forum həm də yeni texnoloji innovasiyaların şirkətlər tərəfindən təqdim edilməsinə, dördüncü sənaye inqilabının nəticələrinin müzakirəsinə imkan yaradır. Bu baxımdan regional və qlobal əhəmiyyət daşıyır. Azərbaycanın bu sahədəki potensialı ilə yanaşı, eyni zamanda gücünü göstərən əsas faktorlardan biridir.

Ağaverdi Əliverdiyev
YAP Qusar rayon təşkilatının əməkdaşı




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
17-01-2025