“Şahdəniz” Azərbaycanda qaz qıtlığına son qoydu
Tarix: 06-06-2024 | Saat: 18:12
Bölmə:Özəl | çapa göndər
Azərbaycan neft və qaz ehtiyatlarını tədarük etməklə, təkcə regionda deyil, həm də Avropa İttifaqının enerji təhlükəsizliyinin təmin olunmasında həlledici rol oynayır. Bu layihələrin həyata keçirilməsində “Şahdəniz” yatağının əhəmiyyəti olduqca böyükdür. “Şahdəniz” yatağı uzun illərdir ki, Azərbaycanın və Avropanın enerji təhlükəsizliyinin təminatına mühüm töhfələr verir. Xəzərin Azərbaycan sektorunda yerləşən “Şahdəniz” yatağı 1999-cu ildə kəşf olunub. Bakıdan 70 kilometr cənub-şərqdə, suyun dərinliyinin 50-500 metr arasında dəyişdiyi Xəzər dənizinin şelfində yerləşən bu yataq dünyanın iri qaz-kondensat yataqlarından biridir. “Şahdəniz” yatağının kəşf edilməsi və “Şahdəniz” qaz layihəsinin uğurla həyata keçirilməsi Azərbaycanı dünyaya qaz ixrac edən ölkə kimi tanıdıb.
Onuda qeyd etmək lazımdır ki, bizim Avropaya qaz təchizatımızın coğrafiyası genişlənmişdir. Bu gün Azərbaycan 8 ölkəyə qaz nəql edir ki, onlardan altısı Avropa ölkəsidir. Avropada istifadəyə verilmiş interkonnektor layihələrinin təməlində ilk növbədə, Cənub Qaz Dəhlizi layihəsi dayanır. Bütün dünyada Azərbaycan qazına xüsusi təlabat var. İxtiyarımızda mənbələr var və nəqliyyat marşrutlarımız yerindədir. Bütün bunların Azərbaycanın sözünə sadiqliyini, əməkdaşlarına verdiyi qiyməti göstərir. Məhz buna görə də cənab İlham Əliyev çıxışında bu fikri bəyan etmişdir: “Hesab edirəm ki, Azərbaycan etibarlı tərəfdaş olduğunu artıq sübut edib. Bizim sözümüz imzamız qədər dəyərlidir. Əminəm ki, qarşımıza qoyduğumuz bütün planlar həyata keçiriləcəkdir, çünki təkcə keçən ilin göstəriciləri bunun sübutudur.”
Nicat Quliyev,
Yeni Azərbaycan Partiyası Laçın rayon təşkilatının məsləhətçisi
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər