Mobil versiya
Enerji təhlükəsizliyinin təminatında Azərbaycanın rolu
Tarix: 06-06-2024 | Saat: 16:22
Bölmə:Özəl | çapa göndər

Enerji təhlükəsizliyinin təminatında Azərbaycanın rolu

Ölkəmiz 1991-ci ildə müstəqilliyini bərpa etdikdən sonra azad siyasət yürütməyə başlamışdır. Elə bu illərdən etibarən dövlətimizin xarici siyasətinin ən vacib istiqamətlərindən birini məhz enerji siyasəti təşkil edir. Azərbaycanın enerji siyasətində istiqamətlər çox olsa da, onlardan ikisini xüsusi vurğulamaq lazımdır. Birinci istiqamət ölkənin öz daxili enerji təhlükəsizliyinin təminatıdır. İkincisi isə Azərbaycanın digər dövlətlərin enerji təhlükəsizliyinin təmin edilməsinə verə biləcəyi töhfədir. Bu baxımdan, istər ölkəmizin enerji ehtiyatlarının hasilatı, istərsə də onların beynəlxalq bazarlara çıxarılması yolları ilə bağlı yeni imkanların yaradılması mühüm məsələlərdəndir.
İdxaldan asılı olan ölkələr, əlbəttə ki, ən etibarlı və uzunmüddətli tərəfdaşlar və müqavilələr axtarır. Onlar Azərbaycanın simasında məhz bunu əldə edirlər.
Azərbaycan region üçün enerji təhlükəsizliyini təmin etməklə öz vacib rolunu oynayır. Bununla da ölkəmizin daim enerji təchizatının şaxələndirilməsinə səy göstərdiyi bir daha sübut olunmuşdur.
Qeyd edək ki, ölkəmizin enerji təhlükəsizliyinin təminatının həyata keçirilməsində müəyyənləşdirdiyi strategiya mövcuddur. Enerji resursları rəqabət və toqquşmaya deyil, regional və beynəlxalq əməkdaşlığa xidmət etməlidir. Bu sahədə əməkdaşlıq edən ölkələrin maraqlarının üst-üstə düşməsi və qarşılıqlı faydalılığa əsaslanması da vacib məsələlərdəndir.

Neva Abdurahmanova
YAP Qusar rayon təşkilatının sədr müavini




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
17-01-2025