Mobil versiya
"Real" Modriçlə yeni müqavilə imzaladı
Tarix: 06-06-2024 | Saat: 09:18
Bölmə:İdman | çapa göndər

"Real" Modriçlə yeni müqavilə imzaladı

"Real" futbolçusu Luka Modriçlə yeni müqavilə imzalayıb.

aia.az insayder Fabrizio Romanonun sosial şəbəkə hesablarına istinadən xəbər verir ki, 38 yaşlı yarımmüdafiəçi ilə müqavilənin müddəti 1 illik uzadılıb. Beləliklə, xorvatiyalı oyunçu 2024/2025 mövsümündə də Madrid təmsilçisində oynayacaq.

Xatırladaq ki, Modriç 2012-ci ildən "Real"da çıxış edir. O, 2023/24 mövsümündə bütün yarışlarda 46 matçda iştirak edib, 2 qol vurub və 8 qolun ötürməsini verib.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
17-10-2024