Mobil versiya
Qarabağ separatçılarını yenidən körükləmək planı - DETALLAR
Tarix: 05-06-2024 | Saat: 11:09
Bölmə:Manşet / Gündəm | çapa göndər

Qarabağ separatçılarını yenidən körükləmək planı -

Separatçıların Qarabağdan İrəvana qaçdıqdan sonra yaratdıqları qondarma “artsax məsələsi üzrə beynəlxalq komitə”nin üzvlərinin yenidən Avropa “turnesi” başlayıb.

aia.az xəbər verir ki, Ermənistanın keçmiş xarici işlər naziri Vardan Oskanyanın rəhbərlik etdiyi qondarma “komitə” Avropada növbəti görüşlər keçirməyi planlaşdırır.

“Joxovurd” qəzeti yazır ki, qondarma “komitənin” “ermənilərin Qarabağa qayıdışı üçün beynəlxalq zəmanətin əldə edilməsi”ndən ibarət olan gündəliyi dəyişməyib. Qəzetin məlumatına görə, qondarma “komitə”yə “daşnaksütyun” partiyasının Avropa ofisinin rəhbəri Qaspar Karapetyan, bu partiyadan olan Mario Nalbandyan, eləcə də separatçıların keçmiş “deputatı” Geqam Stepanyan və Respublika Partiyasından olan keçmiş deputat Karen Bekaryan da cəlb edilib.

Qeyd edək ki, qondarma “komitə”nin əsas məqsədi Azərbaycana qarşı separatizmin yenidən körüklənməsi və bu separatizmə beynəlxalq dəstəyin əldə edilməsidir. Oskanyanın rəhbərlik etdiyi təxribatçı qrup indiyə qədər Avropanın müxtəlif ölkələrində və ABŞ-da görüşlər keçirib./publika.az

AİA.AZ



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
10-01-2025