Mobil versiya
Kirbi: ABŞ müttəfiqlərinin dəstəyi olmadan Rusiyanın aktivlərini ələ keçirə bilməz
Tarix: 04-06-2024 | Saat: 22:20
Bölmə:Özəl | çapa göndər

Kirbi: ABŞ müttəfiqlərinin dəstəyi olmadan Rusiyanın aktivlərini ələ keçirə bilməz

ABŞ Rusiya Federasiyasının suveren aktivlərini birtərəfli qaydada ələ keçirmək və onları Ukraynaya yardım üçün göndərmək iqtidarında deyil, Ağ Evin sözçüsü Con Kirbi ənənəvi brifinqdə bildirib. O əlavə edib ki, Vaşinqtonun müttəfiqlərinin iştirakı və dəstəyi lazımdır, RİA Novosti yazır.
Kirbi aydınlaşdırıb ki, fondlar və qiymətli kağızlar bütün planetin kredit təşkilatlarındadır.

Bu baxımdan, rəsmi qeyd edib ki, Birləşmiş Ştatlar “müttəfiqlərimizin və tərəfdaşlarımızın iştirakını və dəstəyini cəlb etməlidir”.

Onun sözlərinə görə, ABŞ prezidenti Co Bayden bu həftədən başlayaraq Fransaya səfəri zamanı və daha sonra İtaliyada keçiriləcək Yeddilik (G7) sammitində bu mövzunu müzakirə etmək niyyətindədir.Xatırladaq ki, 2022-ci ilin birinci rübündə Qərb ölkələri Rusiyanın təxminən 300 milyard avroluq aktivlərini dondurmuşdu.

Dondurulduqdan sonra bir sıra liderlər bu vəsaitin Kiyevə kömək üçün istifadə edilməsini istəyiblər və bu, siyasətçilər və hüquqşünaslar arasında qızğın müzakirələrə səbəb olub. Ekspertlərin fikrincə, bu tədbir Avropa maliyyə sistemi üçün ağır nəticələrə səbəb ola bilər.

aia.az
Tərcümə şöbəsi



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
17-01-2025