Mobil versiya
"Real" klubunun qapıçısı "Atletiko"ya keçə bilər
Tarix: 04-06-2024 | Saat: 16:34
Bölmə:İdman | çapa göndər

"Real" klubunun qapıçısı "Atletiko"ya keçə bilər

İspaniyanın "Real" klubunun və Ukrayna millisinin qapıçısı Andrey Lunin "Atletiko"ya keçə bilər.

aia.az "Relevo"ya istinadən xəbər verir ki, Madrid "Atletiko"sunun qapıçısı Yan Oblak ABŞ-nin əsas çempionatı MLS-ə gedəcəyi təqdirdə, onu məhz Lunin əvəzləyəcək.

Qapıçı klubda özünü xoşbəxt hiss etmədiyi üçün ayrılmağı düşünür. "Real"ın əsas qapıçısı Tibo Kurtua zədələnərkən onu əvəzləyən və kifayət qədər yaxşı mövsüm keçirən Lunin UEFA Çempionlar Liqasının finalında şans qazanmayıb.

Qeyd edək ki, A.Lunin 2020-ci ildən "Real"ın şərəfini qoruyur.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
07-09-2024