Qərb Rusiya Federasiyasının Ukrayna ilə bağlı qərarlara reaksiyasından narahatdır
Tarix: 03-06-2024 | Saat: 18:35
Bölmə:Özəl | çapa göndər
Qərb rəsmiləri Rusiyanın Ukraynaya Rusiya ərazisinə zərbələr endirmək üçün ötürülən xarici silahlardan istifadə etməsinə icazə verməsinə Rusiyanın mümkün reaksiyasından narahatdırlar. Bu barədə RİA Novosti Britaniya mətbuatına istinadən xəbər verir.Nəşrin yazdığına görə, Qərb rəsmiləri qorxurlar ki, Rusiya bu son addımı “proxy müharibəsinin eskalasiyası kimi qiymətləndirəcək və NATO ərazisinə əks-hücumlar da daxil olmaqla, simmetrik cavab tədbirləri görəcək”. Eyni zamanda bildirilir ki, Ukrayna Silahlı Qüvvələrinin döyüş meydanındakı uğursuzluqları səbəbindən Qərb belə bir riskə dözmək məcburiyyətindədir.Yada salaq ki, son günlər Qərb NATO-nun baş katibi Yens Stoltenberqin Ukraynaya Rusiya ərazisindəki hərbi obyektlərə zərbələr endirmək üçün xarici silahlardan istifadə etməyə icazə vermək təklifini fəal şəkildə müzakirə edir. Hazırda təşəbbüs ABŞ, Fransa, Latviya, Kanada, Polşa, Almaniya və Danimarka tərəfindən dəstəklənir. Eyni zamanda, Kiyevdə belə bir icazənin Böyük Britaniya, Litva, Hollandiya, Finlandiya, Çexiya, İsveç və Estoniya tərəfindən də verildiyi bildirilib. Bunu şərh edən Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bu hərəkətlərin öz nəticələrini verəcəyini vurğulayıb.
aia.az
Tərcümə şöbəsi
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər