Mobil versiya
Balıq tutmaq üçün Kür çayına gediblərmiş - Tovuzdakı faciə ilə bağlı AÇIQLAMA
Tarix: 03-06-2024 | Saat: 11:51
Bölmə:Manşet / Ölkə | çapa göndər

Balıq tutmaq üçün Kür çayına gediblərmiş -

Xəbər verdiyimiz kimi, Tovuz rayonun Hunanlar kəndi ərazisində içərisində 3 nəfər olan avtomobil Kür çayına düşüb.

Məlumata görə, hərəkətdə olan “VAZ 2107” markalı minik avtomobili Kür çayına aşıb. Bu zaman sürücü 1989-cu il təvəllüdlü Tural Quliyev, 1991-ci il təvəllüdlü Vüqar Cəfərov və 1988-ci il təvəllüdlü Elxan Sadıqov batıb, 1992-ci il təvəllüdlü Turqut İbrahimov xilas olub.

Fövqəladə Hallar Nazirliyi hadisə yerində axtarışlar aparır.

aia.az Tovuz rayon İcra hakimiyyətinin Hunanlar kənd icra nümayəndəsi Əyyub Əhmədov Modern.az-a açıqlamasında bildirib ki, hadisə dünən axşam saat 20-21 radələrində baş verib.

Onun sözlərinə görə, avtomobildə olan sərnişinlərin Kürü keçdikdən sonra balıq tutmaq məqsədilə əraziyə getdikləri, bu zaman da avtomobilin çaya düşdüyü ehtimal olunur.

Ə.Əhmədov qeyd edib ki, avtomobildə olanların içkili olub-olmaması ilə bağlı hələlik məlumat yoxdur, vətəndaşların axtarışları davam etdirilir.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
10-01-2025