Mobil versiya
“Neftçi” futbolçusu azarkeşə yumruq atdı - İşə polis qarışdı+Foto+Video
Tarix: 26-10-2016 | Saat: 13:41
Bölmə:İdman | çapa göndər

“Neftçi” futbolçusu azarkeşə yumruq atdı - İşə polis qarışdı+Foto+Video






Topaz Premyer Liqasının 9-cu turunda keçirilәn “Neftçi” – “Qarabağ” oyununda qalmaqallı anlar yaşanıb.

Meydan sahiblәrinin 3 nömrәli futbolçusu Jairo Rodrigez öz qapısına qol vurduqdan sonra azarkeşlәrdәn biri meydana düşüb, onun üzәrinә gedib.

Lakin Jaironun komanda yoldaşı Katalin Tira azarkeşi vuraraq meydandan uzaqlaşdırmaq istәyib. Mәsәlәyә polis müdaxilә edәrәk fanatı meydandan çıxarıb və polis bölməsinə aparıb.

Lakin matçın baş hakimi Ramil Diniyev ara sakitlәşәndәn sonra Katalin Tiraya qırmızı vәrәqә göstәrib.

“Neftçi”nin azarkeşlәri bütün ikinci hissә boyu Müşahidә Şurasını vә Çingiz Abdullayevi istefaya çağırıb.

Qeyd edәk ki, matç 2:0 hesabı ilә “Qarabağ”ın xeyrinә başa çatıb.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
08-11-2024