Mobil versiya
Avstraliya enerji və humanitar məsələlər üçün Ukraynaya 20,5 milyon dollar ayıracaq
Tarix: 31-05-2024 | Saat: 08:56
Bölmə:Özəl | çapa göndər

Avstraliya enerji və humanitar məsələlər üçün Ukraynaya 20,5 milyon dollar ayıracaq


Avstraliya enerji və ilkin tələbat mallarının alınması üçün Ukraynaya 20,5 milyon dollar ayırmağı planlaşdırır. TASS xəbər verir ki, bunu Xarici İşlər Nazirliyinin rəhbəri Penni Vonq deyib.“Hökumət Ukraynada enerji və humanitar problemlərin həlli üçün 31 milyon Avstraliya dolları (20,5 milyon dollar) ayıracaq”, - Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.Vonq aydınlaşdırıb ki, yardım “elektrik enerjisinə olan prioritet ehtiyacları ödəmək və Ukrayna xalqını dəstəkləmək” məqsədi daşıyacaq.

Nazir qeyd edib ki, 13,3 milyon dollar "Ukraynalıları istilik və elektrik enerjisi ilə təmin etmək" üçün istifadə olunacaq. 6,6 milyon dollar qadınlar, uşaqlar, qocalar və əlillər üçün ilkin tələbat mallarının alınması üçün nəzərdə tutulub. Avstraliya Ukrayna Silahlı Qüvvələrinin yaralı üzvlərinin reabilitasiyası üçün Birləşmiş Millətlər Təşkilatının Əlillərin Hüquqları üzrə Tərəfdaşlığına (UNPRPD) daha 663,7 min dollar köçürmək niyyətindədir.

Bundan əvvəl Almaniyanın müdafiə naziri Boris Pistorius Odessaya səfəri zamanı Ukraynaya 500 milyon avro məbləğində yeni hərbi yardım paketi ayıracağını vəd etmişdi.Bundan əvvəl İspaniyanın Ukraynaya rekord məbləğdə hərbi yardım paketi göndərəcəyi bildirilirdi.

aia.az
Tərcümə şöbəsi



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
17-01-2025