Mobil versiya
Kişinyov və Kiyev Rusiya qazının Dnestryanıya tranzitinə mane olmamaq barədə razılığa gəliblər
Tarix: 31-05-2024 | Saat: 08:32
Bölmə:Özəl | çapa göndər

Kişinyov və Kiyev Rusiya qazının Dnestryanıya tranzitinə mane olmamaq barədə razılığa gəliblər

Viktor Parlicovun sözlərinə görə, Ukrayna və Moldova qeyri-rəsmi olaraq Türkiyə, Bolqarıstan və Rumıniya vasitəsilə tranzitin əlverişli variant ola biləcəyi barədə razılığa gəliblər.
Moldovanın energetika naziri Viktor Parlicov Bloomberg-ə müsahibəsində deyib ki, Ukrayna və Moldova 2024-cü ildən sonra tanınmamış Dnestryanı respublikaya Rusiya qazının çatdırılmasına mane olmamaq barədə ilkin razılığa gəliblər.

"Biz bu tranzitə mane olmayacağıq, çünki biz regionda böhran yaratmaq istəmirik, xüsusən də bu böhran dərhal bütün Moldovanın probleminə çevrildiyindən", - agentlik onun sözlərini sitat gətirib. "Lakin biz heç bir qaz müqaviləsi üçün hökumət zəmanətçisi kimi çıxış etməyəcəyik."

Parlicovun sözlərinə görə, Kiyev və Kişinyov qeyri-rəsmi olaraq Türkiyə, Bolqarıstan və Rumıniya vasitəsilə tranzitin əlverişli variant ola biləcəyi barədə razılığa gəliblər. Lakin kəmərin dizaynına görə tranzit yenə də Ukrayna ərazisindən keçməli olacaqdı. Buna görə də Kiyev hökumətindən icazə tələb olunurdu.

Əvvəllər respublikanın yeganə qaz tədarükçüsü olan “Qazprom” 2022-ci ildə gündəlik tədarükünü 30% azaldıb. Rusiya şirkəti bunu Ukrayna ərazisindən tranzitin məhdudlaşdırılması ilə bağlı texniki problemlərlə izah edib. Lakin Kişinyov böhranın səbəbini Rusiya qaz holdinqinin üzərinə atıb. Bu vəziyyətdə Moldova tam şəkildə Energocom dövlət şirkəti vasitəsilə Avropa tədarükçülərindən yanacaq almağa keçdi və Rusiya qazı Dnestryanıya gedir.

Moldova və Dnestryanı hökümətlər Ukraynanın Qazprom ilə müqaviləsi 2025-ci il yanvarın 1-də başa çatdıqdan sonra Rusiya qazının öz ərazisindən tranzitini tamamilə dayandıracağı təqdirdə alternativ tədarük yolları axtarır.

aia.az
Tərcümə şöbəsi



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
17-01-2025