Mobil versiya
Kiyevdə Gürcüstanın baş naziri Ukrayna ilə bağlı söylədiyi sözlərə görə tənqid edilib
Tarix: 30-05-2024 | Saat: 20:31
Bölmə:Özəl | çapa göndər

Kiyevdə Gürcüstanın baş naziri Ukrayna ilə bağlı söylədiyi sözlərə görə tənqid edilib

Ukrayna Xarici İşlər Nazirliyi Gürcüstanın baş naziri İrakli Kobaxidzeni Ukraynadakı vəziyyətlə bağlı dediklərinə görə tənqid edib.Kobaxidze bir qədər əvvəl bildirib ki, Gürcüstan Aİ-yə inteqrasiya mövzusu ilə şantajın ölkəni Ukraynadakı kimi vəziyyətə gətirməsinə imkan verməməlidir. Həmçinin, onun sözlərinə görə, “Maydan” Gürcüstanda bir daha baş verməyəcək, çünki ölkənin maraqlarını müdafiə etmək məsuliyyətini ölkənin hakimiyyəti öz üzərinə götürür. Eyni zamanda, Ukraynada, Kobaxidzenin dediyi kimi, 2013-cü ildən sonrakı hadisələr iqtisadiyyatın tənəzzülünə və ərazi problemlərinə gətirib çıxardı ki, buna görə heç kim məsuliyyət daşımır.
Ukrayna Xarici İşlər Nazirliyinin saytında dərc olunan şərhdə deyilir: “Ukrayna Xarici İşlər Nazirliyi Gürcüstanın baş naziri İrakli Kobaxidzenin son qeyri-dost bəyanatlarını və onun Ukraynada baş verən hadisələrə təhrif olunmuş qiymətləndirmələrini pisləyir”.
Qeyd olunur ki, Kiyev digər məsələlərlə yanaşı, Kobaxidzenin Ukrayna və Maydan hadisələri ilə bağlı dediklərini qəbuledilməz hesab edir.

aia.az
Tərcümə şöbəsi



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
17-01-2025