“Qızıl Zəngilan” jurnalının 10 illik yubileyi qeyd edildi -Fotolar
Tarix: 30-05-2024 | Saat: 16:48
Bölmə:Gündəm / Özəl | çapa göndər
30 may tarixində Zəngilan rayon İcra hakimiyyətinin təşkilatçılığı ilə “Qızıl Zəngilan” elmi-publisistik jurnalının təsis edilməsinin 10 illik yubileyi qeyd edildi.
aia.az xəbər verir ki, tədbirdə Zəngilan rayon İcra hakimiyyətinin başçısının müavinləri, YAP Zəngilan rayon təşkilatının sədri, “Qızıl Zəngilan” jurnalının redaksiya heyəti, zəngilanlı bir sıra yazarlar, şairlər, Aparatın məsul işçiləri, şəhər, qəsəbə, kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliklər, rayon ziyalıları və ağsaqqalları, məktəb direktorları, QHT-lərin yerli nümayəndələri iştirak etdilər.
Tədbir Ulu Öndər Heydər Əliyevin və canlarını Azərbaycan Respublikasının ərazi bütövlüyü yolunda qurban vermiş şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsindən sonra açıq elan edildi.
Tədbiri giriş sözü ilə açan Zəngilan rayon İcra hakimiyyətinin başçısının müavini Nizami Mönsümov “Qızıl Zəngilan” jurnalının yaranması və son 10 ildə davamlı nəşri barədə məlumat verdi. Bildirdi ki, 10 yaşı tamam olan “Qızıl Zəngilan” jurnalı fərqli təqdimatları, layihələri, müxtəlif janrlarda yayımladığı materialları ilə oxucuların rəğbətini qazanıb. Jurnalın indiyə qədər işıq üzü görmüş nömrələrində yer alan elmi-kütləvi, bədii, publisistik, memuar xarakterli materiallarda doğma Zəngilanın keçmişinə və bu gününə işıq salınıb. Bununla yanaşı, jurnalda müntəzəm olaraq ədəbi materialların yer alması, yerli yazarların yaradıcılıq məhsulları oxucuların daim diqqət mərkəzində olub. 10 il bundan əvvə almanax kimi nəşrə başlayan “Qızıl Zəngilan” 10 il ərzində keşməkeşli, lakin şərəfli bir yol qət edə bilmişdir.
Daha sonra çıxış edən natiqlər də Jurnalın keçdiyi yola nəzər salaraq diqqətə çatdırdılar ki, jurnalın səhifələrində Zəngilanın tarixi keçmişi, zəngin ənənələri, işğal dövründə yaşanmış acı taleyi bircə-bircə vərəqlənir. Hər yazıda yurddaşlarımızın keşməkeşli həyatı, iztirablarla, qəhrəmanlıqlarla dolu həyatı qələmə alınır, qan yaddaşı ilə yeni gəncliyə ötürülür. Nahaq deməyiblər ki, tarixini unudan xalqın gələcəyi olmaz. “Qızıl Zəngilan” doğma yurdumuzun mədəniyyətini, ədəbiyyatını, etnoqrafiyasını, tarixini, folklorunu... özündə əks etdirən sanballı, elmə dayanıqlı məqalələr dərc edir. Dərginin yazar kollektivi nağıllarda deyildiyi kimi, sanki ayağına dəmir çarıq geyib, əlinə dəmir əsa alıb oba-oba, oymaq-oymaq, şəhər-şəhər gəzərək erməni faşizminin işğalı nəticəsində pərən-pərən olmuş yurddaşlarımızı axtarıb tapır, onların illər ötsə də, qaysaq tutmayan yaralarına məlhəm olur, onları dindirib ürəklərindəki ağrıları "Qızıl Zəngilan"ın yaddaşına yazır.
Sonda jurnalın nəşrində əməyi olan bir qrup yazara Zəngilan rayon İcra hakimiyyətinin Fəxri Fərmanları təqdim olundu.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
10-01-2025