Biz qarşılıqlı səylər, həmrəylik göstərməli, bir-birimizi günahlandırmağı dayandırmalıyıq
Tarix: 30-05-2024 | Saat: 16:24
Bölmə:Özəl | çapa göndər
Prezident İlham Əliyevin cari ilin 26 aprel tarixində Almaniyanın paytaxtı Berlində keçirilən “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirakı zamanı “Euronews” telekanalına verdiyi müsahibədə bir sıra önəmli məqamlar diqqət çəkir.
Qarabağ problemini kökündən həll edən Azərbaycan hazırda dünyanın ən sabit ölkələrindən biridir. Bunun nəticəsidir ki, Azərbaycana intensiv şəkildə xarici dövlət rəhbərlərinin, şirkət nümayəndələrinin səfərləri olur, birgə müqavilələr imzalanır, gələcəyə hesablanan layihələrin əsası qoyulur. Eyni zamanda Azərbaycan daha böyük tədbirlərə ev sahibliyi etməyə hazırlaşır. Onlardan biri də yaxın gələcəkdə baş tutacaq olan COP29-dur.
Ölkə başçısı müsahibədə qarşıda bizi gözləyən tədbir barədə suallara aydınlıq gətirib. Azərbaycan prezidenti bir növ təminatlı təhlükəsizlik barəsində danışıb və COP29 zamanı Azərbaycanda bütün tərəflərin özlərini rahat hiss etdiyi bir mühit yaradılacağını elan edib.Sülhün tərəfdarı olan Azərbaycan digər dövlətlərlə balanslı siyasət aparır. Bunun nəticəsidir ki, Azərbaycana qarşı məkrli addımlar nəticəsiz qalır, bizi oyunlara çəkmək istəyənlər heç bir şey əldə etmirlər.
Nümunə kimi Fransanı və digər dövlətləri göstərmək olar ki, artıq onların özləri də Azərbaycanla hesablaşmağın vacib olduğunu dərk ediblər. Elə Ermənistanın özü də sülh üçün vasitəçisiz hərəkət etməyin lazım olduğunu anlayıb. Ermənistan başa düşüb ki, onun gələcəyi, inkişafı da Azərbaycanla münasibətlərindən asılıdır.
Ölkəmizin Qoşulmama Hərəkatında körpü rolunu oynamaqda böyük təcrübəsi var. Azərbaycan Hərəkata dörd il sədrlik etdi. 120 üzv ölkə ilə həqiqətən də böyük tərəqqiyə nail olduq.
Prezidentin müsahibəsində Avropa İttifaqı ilə bağlı münasibətlərə də toxunulub.
Ölkə Prezidenti bildirib ki, Azərbaycan Avropa İttifaqına üzv olan ölkələrlə fəal işləyir. Üzv ölkələrin doqquzu ilə strateji tərəfdaşlıq haqqında Bəyannamə imzalamış və qəbul edilmişdir.
Arzu Bağırova
YAP Qusar rayon təşkilatının fəal üzvü
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər