Azərbaycan-Tacikistan münasibətləri yüksək inkişaf mərhələsindədir
Tarix: 30-05-2024 | Saat: 15:27
Bölmə:Özəl | çapa göndər
Digər ölkələrin ərazi bütövlüyü və suverenliyi prinsiplərinə hörmətlə yanaşan Azərbaycan iyasətində hər zaman milli maraqlardan çıxış edən Azərbaycan Mərkəzi Asiya ölkələri, o cümlədən türk dövlətləri ilə münasibətlərinə xüsusi önəm verir. Çünki son illər dünyada baş verən proseslər ölkələrdən birgə əməkdaşlıq və ümumi səylər göstərməyi tələb edir.
Belə dövlətlərin sırasında Tacikistanı göstərmək olar. Ölkələrimiz arasında münasibətlərinin tarixi qədimdir və Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Azərbaycan və Tacikistan arasında münasibətlərin çox yaxşı gələcəyi var. Ölkələrimiz həm ikitərəfli formatda, həm də beynəlxalq məkanlarda sıx əməkdaşlıq edirlər.
Cari ilin 23 may tarixində Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmonun Azərbaycana rəsmi səfəri və imzalanmış sənədlər onu deməyə əsas verir ki, Azərbaycan və Tacikistan arasında əlaqələr yeni mərhələyə qədəm qoyur.
Prezident İlham Əliyev Tacikistan Prezidentinin ölkəmizə səfəri ilə bağlı mətbuata verdiyi bəyanatında vurğulayıb ki, iki ölkə arasında qarşılıqlı fəaliyyətin əsasında çoxəsrlik tarix boyu əməkdaşlıq etmiş, dost olmuş, birlikdə qurub-yaratmış xalqlarımızın iradəsi dayanır.
Tacikistan Prezidenti Emoməli Rəhmon da öz bəyanatında Tacikistan-Azərbaycan münasibətlərinin inkişaf perspektivlərinə nikbin baxdığını, Azərbaycan Prezidenti İlham Əliyevin iki ölkənin ikitərəfli münasibətlərinin inkişafına şəxsi töhfəsini yüksək qiymətləndirdiyini vurğulayıb.
Nümayəndə heyətləri üzvlərinin iştirakı ilə geniş tərkibdə, həmçinin təkbətək keçirilən görüş əsnasında Azərbaycan və Tacikistanın qarşılıqlı fəaliyyəti, sənaye kooperasiyası, geosiyasi dəyişikliklər, dünyadakı vəziyyət ilə bağlı məsələlər geniş aspektdə müzakirə edildi.
Svetlana Mirzəyeva ,
YAP Qusar rayon təşkilatının fəalı
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər