Mobil versiya
Rusiya və Çin bir-birinə prioritet tərəfdaş kimi baxırlar - Lavrov
Tarix: 30-05-2024 | Saat: 14:35
Bölmə:Özəl | çapa göndər

Rusiya və Çin bir-birinə prioritet tərəfdaş kimi baxırlar - Lavrov


Rusiyanın xarici işlər naziri Sergey Lavrov “Rusiya və Çin: Yeni dövrdə əməkdaşlıq” adlı 9-cu beynəlxalq konfransda videomüraciətində Moskva və Pekin bir-birinə prioritet tərəfdaş kimi yanaşırlar.

"Bu il Rusiya və Çin arasında diplomatik münasibətlərin 75 illiyi qeyd olunur. Biz bu əlamətdar yubileyə tamamilə yeni münasibətlərlə yaxınlaşdıq. Biz bir-birimizi prioritet tərəfdaşlar kimi görürük", - Rusiyanın baş diplomatı bildirib. O əlavə edib ki, ikitərəfli ticarətdə qarşılıqlı hesablaşmaların 90%-dən çoxu hazırda rubl və yuanla aparılır.

Lavrovun sözlərinə görə, təlatümlü geosiyasi vəziyyətə baxmayaraq, praktiki sahədə əməkdaşlıq davamlı şəkildə inkişaf edir. "Çin artıq 10 ildən çoxdur ki, bizim aparıcı ticarət tərəfdaşımız mövqeyini inamla saxlayır, Rusiya isə keçən il Çinin xarici ticarət tərəfdaşları siyahısında dördüncü mövqeyə yüksəlib", - o əlavə edib.

aia.az
Tərcümə şöbəsi



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
17-01-2025