COP üçün yenilik olan bir təşəbbüs Azərbaycan tərəfindən irəli sürülmüşdür
Tarix: 29-05-2024 | Saat: 22:20
Bölmə:Özəl | çapa göndər
Cari ilin 26 aprel tarixində Prezident İlham Əliyev Almaniyanın paytaxtı Berlində keçirilən “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirakı zamanı “Euronews” telekanalına verdiyi müsahibədə Azərbaycanın COP29-a ev sahibliyi etməsi haqqında beynəlxalq ictimaiyyəti məlumatlandıraraq, ölkənin yaşıl enerji sahəsində atdığı addımların həcmini geniş şəkildə ifadə etdi.Bu tədbir dünya ictimaiyyətinə Azərbaycanın bu sahədəki artan rolunu və potensialını təqdim etmək imkanı verəcək. Ölkəmizin Qoşulmama Hərəkatında fəal və təşəbbüskar rolunu xatırladan Prezident İlham Əliyev Azərbaycanın Hərəkata dörd il sədrlik edərək 120 üzv ölkə ilə birlikdə böyük yüksəlişə nail olunduğunu diqqətə çatdırdı. Yaşıl enerji sahəsində inkişaf bütün dünyada böyük əhəmiyyət kəsb edir. Ölkələr səmərəli və müstəqil enerji istehsalı yollarını axtarmaq üçün yaşıl enerjiyə tələbatını artırır. Prezident İlham Əliyevin yaşıl enerji ilə bağlı çıxışlarına nəzər saldıqda görürük ki, Azərbaycanın yaşıl enerji siyasəti inkişaf modelidir. Prezident Əliyevin vurğuladığı kimi, neft və qaz Azərbaycan üçün dəyərli sərvətlərdir, lakin bu resurslar yalnız enerji istehsalı üçün deyil, həm də yaşıl enerji sahəsinin inkişafı və ölkənin sosial-iqtisadi məqsədlərinə nail olmaq üçün istifadə olunmalıdır.
Azərbaycanın coğrafi şəraiti yaşıl enerji layihələrinin həyata keçirilməsi üçün buranı ideal məkan edir. Güclü külək və günəş enerjisi layihələri, Azərbaycanın yaşıl enerji istehsalında əsas rol oynayır. Yaşıl enerji siyasəti, ölkənin sürətli inkişafının, bölgədə lider rolunun və dünya miqyasında nüfuzunun daha artmasına təkan verən amillərdən biridir.
Səadət Kazımova
YAP Laçın rayon təşkilatı 41 saylı ƏPT-nın sədr müavini, Laçın rayon M.Müseyibov adına Bozlu kənd tam orta məktəbinin direktor müavini
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
29-01-2025