Mobil versiya
MAQATE ilə Tehran arasında dialoqda son bir il ərzində heç bir irəliləyiş yoxdur — agentlik
Tarix: 27-05-2024 | Saat: 21:58
Bölmə:Özəl | çapa göndər

MAQATE ilə Tehran arasında dialoqda son bir il ərzində heç bir irəliləyiş yoxdur — agentlik

MAQATE-nin baş direktoru Rafael Qrossi İranın yeni hökumətinə yüksək səviyyəli dialoq və texniki mübadilələri davam etdirməyə çağırışını və iradəsini təkrarlayıb.
“Reuters” MAQATE-nin hesabatına istinadən xəbər verir ki, Beynəlxalq Atom Enerjisi Agentliyi (BAEA) ilə İran arasında bir il davam edən danışıqlardan sonra heç bir irəliləyiş əldə olunmayıb.

"Son bir ildə 4 mart 2023-cü il tarixli Birgə Bəyanatın icrası istiqamətində heç bir irəliləyiş olmayıb", - hesabatdan sitat gətirilib. “[MAQATE-nin baş direktoru Rafael Qrossi] İranın yeni hökumətinə 6-7 may 2024-cü il tarixlərində başlanmış yüksək səviyyəli dialoq və ondan sonrakı texniki mübadilələrə çağırışını və onu davam etdirmək niyyətini təkrarlayır”.

Bundan əvvəl Qrossi Tehranın agentliyin təftiş və monitorinqlər aparmasına icazə vermək niyyətini, habelə üç nüvə obyektinə giriş icazəsi verməyə hazır olduğunu təsbit edən Birgə Bəyanatın icrasını canlandırmaq üçün praktiki tədbirlər paketini təklif edib.

aia.az
Tərcümə şöbəsi



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
26-07-2024