Mobil versiya
Gədəbəy rayonunda 28 May - Müstəqillik Günü qeyd olunub -Fotolar
Tarix: 27-05-2024 | Saat: 17:30
Bölmə:Özəl | çapa göndər

Gədəbəy rayonunda 28 May - Müstəqillik Günü qeyd olunub

27 May 2024-cü il tarixdə Yeni Azərbaycan Partiyası Gədəbəy rayon təşkilatı Statistika Arıqıran, Kiçik Qaramurad, Zəhmətkənd, Alnabat, Çiçəkli, Şınıx, GEM, Poladlı, Samanlıq, Qoşabulaq, Arıqdam, Çobankənd, Düzrəsullu, Çayrəsullu və Çanaqçı ərazi partiya təşkilatlarında “28 May-Müstəqillik günü” ilə əlaqədar tədbirlər keçirilib.

aia.az xəbər verir ki, əvvəlcə Ulu Öndər Heydər Əliyevin və Vətən uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. 

Çıxış edən natiqlər 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması ölkəmizin həyatında böyük tarixi hadisə olmuşdur.Cəmi 23 ay fəaliyyət göstərməsinə baxmayaraq, ilk respublika dövründə həyata keçirilən tədbirlərin müstəqil dövlətçiliyimizin əsaslarının yaradılması və gələcək inkişaf yolunun müəyyənləşdirilməsi baxımından mühüm əhəmiyyət kəsb etmişdir. 1991-ci il 18 oktyabr tarixində Ulu öndər Heydər Əliyevin də imza atdığı “Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktı” dövlətimizi rəsmi olaraq 1918-ci il mayın 28-dən 1920-ci il aprelin 28-dək mövcud olmuş Azərbaycan Demokratik Respublikasının varisi və müstəqil respublika elan etmişdir. 1993-cü ildə xalqın təkidli tələbi ilə Azərbaycanda ikinci dəfə hakimiyyətə qayıdan Ulu öndər Heydər Əliyev ölkəmizin müstəqilliyini əbədi və dönməz etmişdir.
Ərazi partiya təşkilatının sədrləri və digər partiya fəallarının çıxışlarında Müstəqil Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin varisi və Ümummilli liderimiz Heydər Əliyevin şah əsəridir. Müasir dövrümüzdə Azərbaycan Xalq Cümhuriyyətinin milli dövlətçiliyimiz tarixindəki rolu həmişə xatırlanır. Belə ki, 2003-cü ildə cənab İlham Əliyevin prezident seçilməsi Heydər Əliyev irsinin ölkəmizdə tətbiqini davam etdirdi. İlham Əliyev fəaliyyəti dövründə ölkənin hərtərəfli inkişafına və beynəlxalq mövqeyinin gücləndirilməsinə nail oldu. Dövlət başçımızın fəaliyyətinin ən əsas istiqaməti isə təbiidir ki, ərazi bütövlüyümüzün bərpası, suverenliyimizin bütün ölkə ərazisində təmin edilməsi idi. 2020-ci ildə böyük ustalıqla, sözün əsl mənasında zərgər dəqiqliyi ilə yürüdülən siyasət, Azərbaycan Silahlı Qüvvələrinin böyük cəsarət, rəşadət və peşəkarlıq tələb edən mübarizəsi və xalq-iqtidar-ordu birliyi uzun illər davam edən erməni işğalını sonlandırdı və torpaqlarımızın əhəmiyyətli hissəsi azad edilib. Tarixi missiya 2023-cü ilin sentyabrında tam olaraq sona çatdırıldı. Bir günlük anti-terror əməliyyatı ilə Xocalı, Xankəndi, Xocavənd, Ağdərə və Əsgəran nəzarətimizə qaytarıldı. Bununla da, bütün ölkə ərazisində suverenliyimiz bərpa edilib. 




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
26-07-2024