Mobil versiya
Gədəbəydə Vətən Müharibəsi şəhidi Elfaq Nağıyevin xatirəsinə şahmat üzrə regional turnir keçirilib -Fotolar
Tarix: 27-05-2024 | Saat: 16:27
Bölmə:Özəl | çapa göndər

Gədəbəydə Vətən Müharibəsi şəhidi Elfaq Nağıyevin xatirəsinə şahmat üzrə regional turnir keçirilib

aia.az xəbər verir ki, 24 may 2024-cü il tarixdə Gədəbəy rayonunda Qazax-Tovuz Regional Gənclər və İdman idarəsinin təşkilatçılığı ilə Vətən Müharibəsinin şəhidi Nağıyev Elfaq Azad oğlunun xatirəsinə şahmat üzrə regional turnir keçirilib. Tədbir iştirakçıları tərəfindən Gədəbəy rayonu Parakənd kənd qəbristanlığında şəhid Elfaq Nağıyevin qəbirüstü abidəsi ziyarət edilərək önünə gül dəstələri qoyulub. Sonra Gədəbəy rayon Heydər Əliyev Mərkəzində turnirin rəsmi açılış mərasimi keçirilib. Tədbirdə şəhidin ailə üzvləri , idmançılar, rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər. Rəsmi açılış mərasimində Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi ehtiramla yad edilib, Azərbaycan respublikasının Dövlət himni səsləndirilib. İştirakçılar tərəfindən şəhid Elfaq Nağıyevin şərəfli döyüş və həyat yolunu özündə əks etdirən film yüksək vətənpərvərlik hissi ilə izlənilib.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
26-07-2024