Əməkdaşlığa daha bir töhfə
Tarix: 27-05-2024 | Saat: 10:38
Bölmə:Siyasət / Özəl | çapa göndər
Azərbaycan və Tacikistan Respublikaları strateji əhəmiyyətə malik bölgələrdə yerləşir. Xəzər dənizi hövzəsi və Cənubi Qafqaz bölgələrinin aparıcı ölkəsi kimi, Azərbaycanla əməkdaşlıq etmək Mərkəzi Asiyanın açar ölkəsi olan Tacikistanın maraqlarına da uyğundur. Digər yandan, BMT və İslam Əməkdaşlıq Təşkilatında Tacikistan və Azərbaycan arasında ciddi əlaqələr var. Bu günlərdə Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmonun ölkəmizdə səfərdə olması və mayın 23-də mühüm sənədlərin imzalanması göstərir ki, hər iki ölkə rəhbərliyi münasibətlərin daha da yaxşılaşdırılmasında və inkişaf etdirilməsində maraqlıdır.
Sənədlərin imzalanmasından sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmon mətbuata bəyanatlarla çıxış ediblər.
Ölkəmizin başçısı cənab İlham Əliyev həmkarının bu səfərini yüksək qiymətləndirərək bildirib ki, “Qarşılıqlı fəaliyyətimizin əsasında çoxəsrlik tarix boyu əməkdaşlıq etmiş, dost olmuş, birlikdə qurub-yaratmış xalqlarımızın iradəsi dayanır. Bu gün dövlətlərarası münasibətlərimiz ən yüksək səviyyəyə çatıb.
Biz indicə münasibətlərimizin xarakterini, ruhunu, həmçinin xalqlarımızın iradəsini əks etdirən Strateji Tərəfdaşlıq Bəyannaməsini imzaladıq. Bəyannamə qarşılıqlı fəaliyyətin demək olar bütün sahələrini əhatə edir. Bu sənəddə qarşılıqlı dəstək və konkret nəticələrə diqqət ifadə olunub.”
Strateji Tərəfdaşlıq Bəyannaməsi ilə yanaşı, daha 13 sənədin imzalanmasını münasibətlərimizin müqavilə-hüquq bazasını xeyli möhkəmləndirəcəyini bildirən cənab İlham Əliyev qeyd edib ki, Tacikistan Prezidentinin səfəri ərəfəsində biznes-forum keçirilmiş, bu forumda da sənədlər və qarşılıqlı anlaşma memorandumları imzalanmışdır ki, bu , bizə qarşılıqlı ticarətin həcmini xeyli artırmağa imkan verəcəkdir.
Danışıqlar prosesində nəqliyyat sektorunun da diqqət mərkəzində olduğunu bildirən cənab Prezident İlham Əliyev deyib: “Biz Orta Dəhlizi və onun bir hissəsi olan Transxəzər Nəqliyyat Dəhlizini Tacikistandan yükgöndərənlər üçün daha cəlbedici etmək məqsədilə logistika əlaqələrinə dair məsələləri ətraflı nəzərdən keçirdik. Mən həmkarıma məlumat verdim ki, Azərbaycan öz ərazisində bütün iri nəqliyyat və logistika layihələrini praktiki olaraq başa çatdırıb və bu gün müxtəlif istiqamətlərdə - Şərqdən Qərbə və əks istiqamətdə, Şimaldan Cənuba və əks istiqamətdə böyük həcmdə yükləri qəbul etməyə hazırdır.”
Cənab İlham Əliyev hər iki dövlət başçısının Tacikistan və Azərbaycanda müntəzəm təmaslarının, həmçinin, beynəlxalq tədbirlər çərçivəsində keçirilən görüşlərin qarşılıqlı fəaliyyətin ən mühüm amili adlandıraraq bunun münasibətlərin konkret olaraq zənginləşməsi üçün bütün sahələrə güclü təkan verdiyini bildirmişdir.
Bəxtiyar Mustafayev,
YAP Mingəçevir şəhər təşkilatının sədri
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
27-11-2024