Novruzəli Aslanov: “Dövlət başçımızın Qızıl Aypara Cəmiyyətinin fəaliyyətini yüksək qiymətləndirməsi Cümhuriyyət irsinə verilən yüksək dəyərin daha bir göstəricisidir”
Tarix: 27-05-2024 | Saat: 09:56
Bölmə:Manşet / Siyasət / Özəl / Seçilənlər-5 | çapa göndər
“Bu il Azərbaycan xalqı şanlı dövlətçilik tarixinin parlaq səhifələrindən olan Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) yaradılmasının 106-cı ildönümünü böyük fərəh hissi ilə qeyd edəcək. 1918-ci il may ayının 28-də yaradılmış və cəmi 23 ay mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyəti müsəlman Şərqində demokratiya ənənələrinin formalaşmasına əhəmiyyətli təsir göstərmişdir. Qısa dövr ərzində Azərbaycanın ilk parlamenti, hökuməti yaradılmış, dövlət atributları təsis olunmuş, dövlət quruculuğu sahəsində mühüm tədbirlər həyata keçirilmiş, Cümhuriyyətin beynəlxalq münasibətlər sistemində tanınması, diplomatik müstəvidə milli maraqların qorunması istiqamətində mühüm addımlar atılmışdır. Yeni fəaliyyətə başlamış parlamentin qəbul etdiyi qanunlar milli müstəqilliyin möhkəmləndirilməsində, ölkədə siyasi, iqtisadi və mədəni inkişafın təmin olunmasında, habelə demokratik prinsiplərin təsbit edilməsində əsaslı rol oynamışdır. Şərqin ilk demokratik respublikası olmaqla yanaşı, eyni zamanda da bütün Türk dünyasında ilk dünyəvi dövlət kimi tarixə düşən AXC hökuməti Azərbaycanın ilk Milli Ordu hissəsinin - əlahiddə diviziyanın yaradılması barədə qərar qəbul etdi. 2 iyul 1918-ci il tarixində Xalq Cümhuriyyəti Nazirlər Şurasının sədri və daxili işlər naziri Fətəli xan Xoyski ölkədə ilk polis bölümünün yaradılması barədə əmr verdi. Bununla da Azərbaycan polis orqanlarının əsası qoyuldu. 1918-ci il noyabrın 9-da Azərbaycanın indiki üçrəngli dövlət bayrağı qəbul edildi. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyətini yüksək qiymətləndirərək demişdir: “Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması tarixi hadisə idi. Çünki ilk dəfə olaraq müsəlman aləmində demokratik respublika yaradılmışdı. Biz haqlı olaraq fəxr edirik ki, məhz Azərbaycan xalqı müsəlman aləmində ilk demokratik respublikanın yaradılmasının müəllifi olmuşdur.” Həmçinin belə bir mühüm məqamı da qeyd etmək lazımdır ki, 1918-1920-ci illərdə həyata keçirilən uğurlu xarici siyasət Xalq Cümhuriyyətinin beynəlxalq miqyasda tanınmasını şərtləndirmişdi. Cümhuriyyətin bəyan olunmasından cəmi iki gün sonra, mayın 30-da Nazirlər Şurasının sədri Fətəli xan Xoyski bir çox dünya ölkələrinin xarici işlər nazirliklərinə Azərbaycan Xalq Cümhuriyyətinin yaranması barədə məlumat göndərmişdi. Səmərəli xarici siyasətin ən əhəmiyyətli nəticələrindən biri də bu oldu ki, Versal Ali Şurası tərəfindən 1920-ci ilin yanvarında Azərbaycanın de-fakto müstəqil dövlət kimi tanınmasına nail olundu. Bu isə həmin ilin aprel ayında bolşevik işğalından sonra Azərbaycanın bir dövlət kimi dünyanın siyasi xəritəsindən silinməsinin qarşısını aldı.”
Bu sözləri 28 may – Respublika Günü münasibətilə aia.az-a verdiyi açıqlamasında Milli Məclisin deputatı Novruzəli Aslanov deyib.
Daha sonra deputat qeyd edib ki, 1993-cü ildə Azərbaycan Respublikasını AXC-nin acı taleyini yaşamaqdan yalnız Ulu Öndər Heydər Əliyevin ölkədə hakimiyyətə gəlişi xilas etdi: “1991-ci il oktyabrın 18-də “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktı qəbul olunmuşdur. Konstitusiya Aktında 1918-ci il 28 may tarixli İstiqlal Bəyannaməsinə istinad olunmuş və Azərbaycan Respublikasının Azərbaycan Xalq Cümhuriyyətinin varisi olduğu təsbit edilmişdir. Həmin tarixi hadisədən cəmi iki il sonra Azərbaycan Respublikası da öz sələfinin aqibətini yaşamağın bircə addımlığında idi. Öz dövlət müstəqilliyini yeni bərpa etmiş Azərbaycanın suveren mövcudluğuna təhdid yaradan amillər artıq 1993-cü ildə ölkəni parçalanmaq və məhzv olmaq təhlükəsi ilə üz-üzə qoymuşdu. Hadisələri düzgün qiymətləndirə bilməyən həmin dövrün iqtidarı xalq qarşısında gündən-günə nüfuzunu itirir, baş vermiş proseslərdən düzgün nəticə çıxara bilmirdi. Belə bir vəziyyətdə Azərbaycan xalqı vəziyyəti düzgün qiymətləndirərək yeganə çıxış yolunu yalnız Ulu Öndər Heydər Əliyevin yenidən ölkədə hakimiyyətə qayıdışında görürdü. Hər zamankı kimi xalqın çağırışına cavab verən Ümummilli Lider 1993-cü ilin iyun ayında Bakıya gəldi və öz xilaskarlıq missiyasını yerinə yetirdi. Həmin dövrdə Ulu Öndərimizin qarşısında müstəqil respublikamızı dünya xəritəsindən silinmək təhlükəsindən, ölkədə hər an baş verə biləcək vətəndaş müharibəsindən xilas etmək kimi məsuliyyətli və tarixi vəzifələr dururdu. Lakin Ümummilli Liderimizin sahib olduğu zəngin siyasi təcrübə, idarəçilik bacarığı və doğma vətəninə olan sonsuz məhəbbəti dahi rəhbərin xalqı ilə birlikdə bu missiyanın öhdəsindən şərəflə gələcəyinə heç kimdə şübhə doğurmurdu. Ulu Öndər Heydər Əliyev ölkədə yenidən hakimiyyətə qayıdaraq Xalq Cümhuriyyəti qurucularının müstəqil Azərbaycan ideyasını gerçəkləşdirdi, möhkəm dövlətçilik təsisatlarının siyasi, hüquqi, iqtisadi bünövrəsini qoydu, ölkəni parçalanmadan və müstəqilliyimizi itirilmə təhlükəsindən qorudu.”
Öz fikirlərini davam etdirən N.Aslanov son iyirmi bir il ərzində Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilən siyasi kursun cəmiyyətin bütün təbəqələrinin maraq və mənafelərini özündə əks etdirdiyini vurğulayıb: “Bu gün cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Respublikasında demokratik, hüquqi, dünyəvi dövlət, vətəndaş cəmiyyəti quruculuğu prosesi, siyasi, iqtisadi və sosial islahatlar uğurla həyata keçirilir, ölkə iqtisadiyyatı dönmədən inkişaf etdirilir, əhalinin sosial müdafiəsinin gücləndirilməsi üçün əsaslı tədbirlər görülür. Azərbaycan dövlətinin daxili və xarici siyasəti dünyada gedən geosiyasi və iqtisadi proseslər və bu sahədəki beynəlxalq təcrübə nəzərə alınaraq dəqiq müəyyənləşdirilir. Müstəqil Azərbaycan dövləti regionumuzda reallaşan bütün irimiqyaslı transmilli layihələrin təşəbbüskarı və əsas iştirakçısıdır. Bu möhtəşəm layihələr Azərbaycanın dünyanın enerji təhlükəsizliyi məsələlərinin həllinə sanballı töhfəsidir. Bu gün gücü, qüdrəti getdikcə artan Azərbaycan hər gün yeni zirvələr fəth edir. Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan Azərbaycan Bayrağının bu gün artıq işğaldan azad olunmuş Şuşada, Xankəndidə, Xocalıda və istisnasız bütün digər ərazilərimizdə dalğalanması Azərbaycan Prezidenti cənab İlham Əliyevin gələcək nəsillərə unudulmaz dövlətçilik əmanətidir. Sonda bir məqamı da qeyd edim ki, bu gün ölkəmizə böyük uğurla fəaliyyət göstərən Azərbaycan Qızıl Aypara Cəmiyyəti də məhz Cümhuriyyət dövründə, 1920-ci il mart ayının 10-da təsis edilmişdir. Buna görə də Milli Cəmiyyət Azərbaycan Cümhuriyyətinin varislərindən sayılır. Bu gün Azərbaycan Respublikasının Prezidenti, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin fəxri üzvü cənab İlham Əliyev tərəfindən təşkilatımızın fəaliyyətinin yüksək qiymətləndirilməsi də, Cəmiyyətin üzvlərinin müxtəlif vaxtlarda dövlət mükafatları ilə təltif olunmaları da dövlət başçımızın Cümhuriyyət irsinə yüksək dəyər verdiyinin daha bir göstəricisidir” – deyə, Novruzəli Aslanov fikirlərini tamamlayıb.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
27-11-2024