Milli Qurtuluşdan qüdrətli Azərbaycana - DEPUTAT
Tarix: 14-06-2026 | Saat: 13:30
Bölmə:Manşet / Siyasət / Ölkə | çapa göndər

Müstəqilliyimizin ilk illərində respublikamızda cərəyan edən ağır və keşməkeşli proseslər, ölkəni sarsıdan faciəvi hadisələr orta və yaşlı nəslin xatirindədir. Bir tərəfdən torpaqlarımız işğal olunur, digər tərəfdən regionlarda separatizm və parçalanma meyilləri baş qaldırır, bütövlükdə isə ölkənin hər yerində anarxiya mühiti hökm sürürdü. Gəncədə axıdılan qardaş qanı isə hakimiyyətdə olan AXC-Müsavat qruplaşmasının səbəb olduğu siyasi-hərbi böhranın pik nöqtəsi idi.
Ümumiyyətlə, o dövr üçün Azərbaycanda dövlət idarəetməsi belə yox dərəcəsində idi. Hakimiyyəti ələ alan qaragüruh olan-qalan idarəçilik sistemini də sıradan çıxarmışdı və nəticə etibarilə xaotik vəziyyət yaranmışdı. Nəticədə bütün sahələrdə böhran yaranmış, iqtisadiyyat tamamilə tənəzzülə uğramış, inflyasiya tarixdə görünməmiş dərəcədə dərinləşmişdi. Bütün bunlar və ən əsası, torpaqlarımızın Ermənistanın işğal planları qarşısında müdafiəsiz qalması, xarici dairələr tərəfindən separatizmin körüklənməsi, ölkənin parçalanmaq astanasına gəlməsi və vətəndaş qarşıdurmasının baş qaldırması təzəcə əldə edilən müstəqilliyimizi yenidən itirmək və Azərbaycanı bir dövlət kimi məhv olmaq təhlükəsi ilə üz-üzə qoymuşdu. Ölkəyə rəhbərlik edən şəxs isə bütün bu reallıqlardan, təhlükənin miqyasından bixəbər idi və təyin etdiyi nazirlərin fəaliyyətinə belə nəzarət edə bilmirdi.
1993-cü il iyun ayının 4-də Gəncədə baş verən silahlı qarşıdurma ölkədəki siyasi və hərbi böhranı daha da dərinləşdirmişdi. Belə bir vəziyyətdən çıxış yolunu axtaran Azərbaycan xalqı öz xilasını Naxçıvan Ali Məclisinin Sədri vəzifəsində çalışan görkəmli dövlət xadimi Heydər Əliyevin Bakıya gəlməsində görürdü. Buna görə Naxçıvana, Heydər Əliyevə çoxsaylı müraciətlər ünvanlanırdı. Bu müraciətlər əslində çoxdan başlamışdı və 1992-ci ildə Naxçıvanda Yeni Azərbaycan Partiyasının yaradılması onu göstərirdi ki, xalqımız Azərbaycanın etibarlı gələcəyini məhz Heydər Əliyevin respublikaya rəhbərlik etməsində görür. Çünki Heydər Əliyev buna qədər çalışdığı bütün ali vəzifələrdə Azərbaycana layiqli xidmətin ən böyük nümunələrini yaratmışdı. 1990-cı ildə Naxçıvana gəldikdən sonra isə bu dahi şəxsiyyət öz siyasi fəaliyyəti ilə Azərbaycanın müstəqilliyi uğrunda milli mübarizəni yeni keyfiyyət mərhələsinə yüksəltmiş, Naxçıvanı Ermənistanın işğalından qorumuş, Türkiyə və İranla faydalı əlaqələr yaradaraq blokada vəziyyətində olan muxtar respublikanın sosial-iqtisadi çətinliklərinin azaldılması üçün mühüm işlər görmüşdü.
Onu da qeyd etməliyik ki, həmin dövrdə respublikanı ağır vəziyyətə salmış hakimiyyət təmsilçiləri belə vəziyyətdən çıxış yolunu Heydər Əliyevin siyasi hakimiyyətə dəvət edilməsində görürdülər. Heydər Əliyev sonralar bu barədə danışarkən deyib:
“1993–cü ilin iyun ayında Azərbaycanda böyük dövlət böhranı yarandı. Azərbaycan dağılmağa başladı, o vaxtkı iqtidar ölkəni idarə edə bilmədi. Gəncədə toqquşma baş verdi, qan töküldü. Gəncədə başlayan hərəkat Azərbaycanın ərazisinin, demək olar ki, yarısından çoxunda hakimiyyəti öz əlinə aldı. Vaxtilə məni təqib edən, Naxçıvanda məni devirmək, məni Azərbaycandan sıxışdırıb çıxarmaq istəyən o vaxtkı iqtidar belə bir zamanda əlacsız qaldı və mənə müraciət etdi. Ancaq ondan əvvəl mənə müraciət edənlər bizim partiyanın üzvləri, Azərbaycanın müxtəlif təbəqələrinin nümayəndələri, ziyalıları oldu. Onlar məni yenidən Bakıya dəvət etdilər”.
1993-cü il iyunun 9-da Heydər Əliyevin Naxçıvandan Bakıya gəlməsi xalqımızın Azərbaycanın sabahına olan inamını bərpa etdi. Həmin gün ölkədə hər kəs sevinirdi. Çünki hamı bilirdi ki, məhz Heydər Əliyev özünün böyük siyasi dühası ilə Azərbaycanı məhvə doğru aparan bütün proseslərin qarşısını alacaq, dövlətçiliyimizi labüd təhlükələrdən xilas edəcək. Bakıya gələn kimi xilaskarlıq missiyasına başlayan Heydər Əliyev vəziyyətin təhlükəli olmasına baxmayaraq Gəncəyə yollandı, vəziyyətlə yerində tanış oldu və özünün siyasi müdrikliyi ilə əvvəlcə vətəndaş qarşıdurmasının, qardaş qanının axıdılmasının qarşısını aldı və bu, Azərbaycanı milli qurtuluşa aparan yolun başlanğıcı oldu.
Bakıya gəldikdən 6 gün sonra, 1993-cü il iyun ayının 15-də Ulu Öndər Heydər Əliyevin Azərbaycan Ali Sovetinin Sədri seçilməsi isə respublikamızın tarixində və xalqımızın taleyində tamamilə yeni mərhələnin başlanğıcı oldu. Məhz böyük strateq Heydər Əliyevin siyasi müdrikliyi sayəsində separatçılıq meyillərinin və dövlətçiliyimizə qarşı yönələn bütün cəhdlərin qarşısı alındı. Beləliklə, xalqın təkidli istək və arzusu ilə siyasi hakimiyyətə qayıdan Heydər Əliyev dövlətçiliyimizi və müstəqilliyimizi qoruyaraq, Azərbaycanı sözün bütün mənalarında xilas etdi. Buna görə Milli Qurtuluş Günü kimi həkk olunan 1993-cü ilin 15 iyun tarixi Azərbaycanın müasir tarixində xüsusi yer tutur. Hər zaman qədirbilənliklə qarşıladığımız bu tarixdə Heydər Əliyevin Azərbaycan dövlətçiliyi qarşısındakı xidmətlərini ehtiramla yada salır, Ulu Öndərin işıqlı xatirəsini yad edirik.
1993-cü ilin oktyabrında Ulu Öndər Heydər Əliyevin mütləq səs çoxluğu ilə Azərbaycan Prezidenti seçilməsi xalqımızın öz xilaskarına olan inam və etimadının siyasi-hüquqi təzahürü oldu. Azərbaycanı məhv olmaqdan və parçalanmaqdan xilas edən, separatizmin qarşısını alan Heydər Əliyevin respublikaya rəhbərliyinin nəticəsi olaraq dövlət idarəçiliyi, qanunçuluq, ictimai asayiş bərqərar edildi, kriminogen vəziyyət yaxşılaşdırıldı. Hüquqi, iqtisadi, sosial və aqrar islahatlara start verildi, nizami ordu quruculuğu həyata keçirildi, Ermənistanın işğal planlarının qarşısı alındı. 1994-cü ildə «Əsrin müqaviləsi»nin imzalanması, 1995-ci ildə müstəqil Azərbaycanın ilk Konstitusiyasının qəbulu kimi hadisələr iqtisadi və hüquqi müstəvidə yeni mərhələlərin başlanğıcı oldu, respublikamızın beynəlxalq birlikdəki yerini möhkəmləndirdi. Bütövlükdə, Ulu Öndərin Azərbaycana rəhbərlik etdiyi 1993-2003-cü illərdə respublikada həyata keçirilən işlər bugünkü inkişafın möhkəm bünövrəsini yaratdı. Heydər Əliyev siyasəti Azərbaycanın müstəqil dövlətçiliyini əbədi və sarsılmaz etdi.
Heydər Əliyev siyasəti və ideyaları ilə inkişaf edən Azərbaycan bu gün yalnız regionda deyil, dünyada söz və nüfuz sahibi kimi tanınan dövlətdir. Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın keçdiyi inkişaf yolu respublikamızı beynəlxalq münasibətlər sisteminin ehtiram göstərilən subyektinə çevirib. Heydər Əliyevin müəllifi olduğu enerji strategiyasının Prezident İlham Əliyevin qətiyyətli və uzaqgörən siyasəti nəticəsində yeni keyfiyyət mərhələsinə yüksəldilməsi, o cümlədən, nəqliyyat layihələrinin həyata keçirilməsi Avrasiyada iqtisadi əməkdaşlığın və inteqrasiyanın dərinləşməsinə yol açaraq, Azərbaycana bu coğrafiyanın orta gücü statusu qazandırıb.
Azərbaycanın bu dövrdə qazandığı ən möhtəşəm uğur isə əlbəttə ki, torpaqlarımızın işğaldan azad olunması, ərazi bütövlüyümüzün bərpa edilməsidir. Bunu təmin edən Müzəffər Ali Baş Komandan İlham Əliyev həm də Ulu Öndərin vəsiyyətini yerinə yetirdi, Azərbaycanı Heydər Əliyevin arzuladığı səviyyəyə yüksəltdi.
1993-cü ilin ağır və keşməkeşli günlərində xəyal belə edə bilməzdik ki, yaxın gələcəkdə tamamilə başqa reallıqlar hakim olacaq, Azərbaycan tezliklə sayılıb-seçilən, nüfuzlu dövlətlər cərgəsində yer alacaq. 1993-cü ilin iyunundan, Milli Qurtuluş Günündən Azərbaycanda başlanan Heydər Əliyev siyasəti bu həqiqəti təmin etdi. İndi Azərbaycan tarixinin ən şərəfli və qüdrətli dövrünü yaşayır, müstəqilliyimizin dayaqları sarsılmazdır və heç bir qüvvə dövlətimiz üçün təhdid yarada bilməz.
Xanlar Fətiyev,
Milli Məclisin deputatı
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər