Mobil versiya
Cənab Prezident İlham Əliyevin çıxışları dünya mətbuatında da diqqətlə izlənilir
Tarix: 26-05-2024 | Saat: 13:05
Bölmə:Özəl | çapa göndər

Cənab Prezident İlham Əliyevin çıxışları dünya mətbuatında da diqqətlə izlənilir

Azərbaycan Prezidenti İlham Əliyevin "15-ci Petersberq İqlim Dialoqu"nun Yüksək Səviyyəli Seqmentində iştirakı zamanı "Euronews" telekanalının müxbirinə verdiyi müsahibə zamanı dövlət başçımıza ünvanlanan "Builki COP-dan nə gözləyə bilərik, hansı məsələlər icra olunacaq və sadəcə, müzakirə olunmayacaq?" sualına "Biz bütün tərəflərin özlərini rahat hiss etdiyi bir mühit yaratmaq istəyirik. Bizim Qoşulmama Hərəkatında körpü rolunu oynamaqda böyük təcrübəmiz var. Bildiyiniz kimi, Hərəkata dörd il sədrlik etdik. Hesab edirəm ki, 120 üzv ölkə ilə biz həqiqətən də böyük tərəqqiyə nail olduq. Biz Avropa İttifaqına üzv olan ölkələrlə fəal işləyirik. Bu gün konfransda dediyim kimi üzv ölkələrin doqquzu ilə strateji tərəfdaşlıq haqqında Bəyannaməni imzalamışıq və qəbul etmişik. Digər sözlə, Qlobal Cənub və Qərb və iqlim dəyişikliyi məsələlərinin öhdəsindən gəlmək üçün birlikdə bu prosesdə necə iştirak etməliyik, həmrəyliyi, ortaq məsuliyyəti necə gücləndirməliyik və iqlim dəyişikliyi məsələləri ilə bağlı müəyyən inamsızlığı necə azaltmalıyıq?" – deyə bildirmişdir. Çoxsaylı dövlət və hökumət başçılarının iştirakı gözlənilir. Azərbaycan Prezidenti “Euronews”a müsahibəsində də məhz bu məsələlərə toxunaraq, Azərbaycanın bu vaxta qədər beynəlxalq təşkilatlarla işləmək təcrübəsinin olduğunu dilə gətirdi. Qoşulmama Hərəkatına rəhbərlik etdiyi dövrdə Azərbaycanın qazandığı mühüm uğurlar da vurğulandı. Əslində belə tədbirlərin keçirilməsi ilə bağlı Azərbaycanın kifayət qədər təcrübəsinin olduğunu bildirən dövlət başçısı, başqa məsələlərə də toxundu.Azərbaycan qazıntı yanacağına sahib olan ölkələrdən biridir, amma ölkəmizin təcrübəsində, həm də COP-un vəzifə və məqsədləri ilə uzlaşdırılan prosesə çevrilib.
Ölkə rəhbəri qazıntı enerjisinə malik olan ölkələrin buna görə ittiham edilməməsinin, əksinə bu sahədən gələn gəlirlərin qlobal iqlim dəyişiklikləri kontekstində səfərbər edilərək problemlərin həll edilməsinə yönləndirilməsini qeyd etdi. Bu gün Azərbaycan belə bir tədbir keçirməklə bütün dünyanın diqqət mərkəzinə çevriləcək və bir daha Azərbaycanın beynəlxalq münasibətlər sistemində yerinin, rolunun və nüfuzunun göstəricisinə çevriləcək. Həmrəylik və əməkdaşlıq platforması olan COP29-un Azərbaycanda keçirilməsi 2024-cü ilin ən mühüm hadisəsidir. Ölkənin yaşıl iqtisadiyyata keçid strategiyasının məntiqi davamı olan COP29 Azərbaycanın gündəliyinin yaşıl enerji ilə bağlı olmasını bir daha sərgiləyəcək. Azərbaycan platformasından COP29 çərçivəsində dünya miqyasındakı proseslərə, eləcə lə iqlim, həm digər yaşıl ideyalara nəzər salınacaqdır. Yaşıl enerjinin inkişafı və yaşıl enerjinin dünya bazarlarına çıxışı Azərbaycanın enerji siyasətinin prioritetiləri sırasındadır. Bildiyimiz kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 26-da Almaniyaya rəsmi səfəri çərçivəsində dövlətlərarası ikitərəfli münasibətlər və regional təhlükəsizlik məsələləri, o cümlədən COP29 ilə bağlı hazırlıq işləri müzakirə edilmişdir. Dövlət başçımızın bu dəfəki səfəri əsasən, iqlim siyasəti çərçivəsində idi. Səfər çərçivəsində dövlətimizin başçısı "15-ci Petersberq İqlim Dialoqu"nun Yüksək Səviyyəli Seqmentində iştirakı etmişdir. Qeyd edək ki, Azərbaycan Avropada ən vacib siyasi-iqtisadi tərəfdaşlarından biri olan Almaniya ilə əlaqələrin inkişafına mühüm önəm verir. Müasir dövrdə dünya ölkələri ilə sıx əməkdaşlıq edən etibarlı tərəfdaş olan Azərbaycan Almaniya ilə də müxtəlif sahələri əhatə edən əməkdaşlıq əlaqələrinə malikdir. İki ölkə arasındakı münasibətlərdə uğurlu səhifələr açılıb və bu gələcək əməkdaşlığın möhkəmləndirilməsi baxımından böyük əhəmiyyət daşıyır. Azərbaycanla Almaniya arasında müxtəlif sahələrdə olan əməkdaşlıq, xüsusilə də, cənab Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfərləri iki ölkə arasında münasibətlərin daha da gücləndirilməsi və əməkdaşlığın genişləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.
Azərbaycan Prezidenti İlham Əliyevin ötən ay Almaniyaya işgüzar səfəri əlaqələrin davamlığının göstəricisidir. İki ölkə arasında enerji sahəsində də əməkdaşlıq yüksələn xətlə inkişaf edir. Yaşıl enerji və hidrogen enerjisi sahələrində əməkdaşlıq üçün regionda böyük potensial mövcuddur və alman şirkətləri də Azbaycanla əməkdaşlıq etməyə maraq göstərirlər. İqlim dəyişikliyi ilə bağlı 2030-cu ilə qədər dünyada əsaslı irəliləyişə nail olunacaq və qarşıda duran vəzifələrin həlli üçün Azərbaycanda keçiriləcək COP29-a qədər də ardıcıl işlərin aparılır. Birləşmiş Ərəb Əmirlikləri, Azərbaycan və Braziliya birlikdə "üçlük" olaraq öz qarşılarına məqsəd qoyublar ki, COP29 və COP30 istiqamətində milli səviyyədə müəyyən edilmiş töhfələrin birgə təqdim olunması üçün fəaliyyət göstərsinlər. Bu istiqamətdə olan format uzunmüddətlidir.
Məlumdur ki. Azərbaycan beynəlxalq səviyyəli COP29-a sədrliyi öz üzərinə götürüb. 2030-cu ilə qədər Azərbaycanın enerji sektorunda külək, Günəş və su elektrik enerjisinin payını 30 faiz artıracaqdır. Əlbəttə ki, yaşıl enerjiyə keçidlə bağlı bütün ölkələrin səylərinin birləşdirilməsi vacib məsələlərdəndir.

Yeni Azərbaycan Partiyası
Saatlı rayon təşkilatı aparatının məsləhətçisi
Kənan İslamov




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə