Demokratik ənənələr
Tarix: 24-05-2024 | Saat: 17:05
Bölmə:Özəl | çapa göndər
Müasir Azərbaycanın bütöv qərinəsi, tarixi taleyi, bu illər ərzində, xalqın ictimai-siyasi, iqtisadi və mədəni həyatının bütün sahələrində, sözün həqiqi mənasında, dirçəlişi ümummilli liderimiz, müstəqil respublikamızın memarı və qurucusu Heydər Əliyevin adı ilə bağlıdır. Məhz bu illərdə ulu öndərimiz rəhbəri olduğu Azərbaycanın bütün məsuliyyətini öz çiyinlərində daşımış, onu bir dövlət, xalqımızı bir millət kimi tarixin ağır sınaqlarından uğurla çıxarmış, müasir Azərbaycanın işıqlı sabahının etibarlı bünövrəsini yaratmışdır.Ümummilli Liderin bu uzaqgörən siyasətini Prezident İlham Əliyev uğurla davam etdirir.
Hər bir Azərbaycan vətəndaşının qürur mənbəyi olan 28 May - Müstəqillik Günü tariximizdə həmişə qürurla anılacaq və yaşadılacaq. 1918-ci il mayın 28-də mürəkkəb hərbi siyasi şəraitdə əsarət altında yaşayan, tarixi, mədəniyyəti, dili, dini sıxışdırılan Azərbaycanın İstiqlal Bəyannaməsi imzalandı, Azərbaycan dövlətçiliyi yeni əsrin yeni tarixini yaratdı - Azərbaycan Xalq Cümhuriyyəti quruldu.Şərqin ilk demokratik respublikası olan Azərbaycan Xalq Cümhuriyyəti təkcə Azərbaycanda deyil, ümumən Şərqdə mütərəqqi dövlətçilik ənənələri formalaşdırdı. Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması Azərbaycanın həyatına böyük tarixi hadisə kimi daxil oldu. Xalq Cümhuriyyəti özünün dövlətçilik əsasları və islahatları ilə müsəlman Şərqinin ilk demokratik, hüquqi, dünyəvi və parlamentli dövlət təsisatı oldu. Azərbaycan Xalq Cümhuriyyəti xalqın milli mənlik şüurunu özünə qaytardı, onun öz müqəddəratını təyin etməyə qadir olduğunu təsdiqlədi.XX əsrin sonlarında dövlət müstəqilliyini bərpa edən Azərbaycan suverenliyini qoruyub saxlaya bildi. Daxili və xarici təsirlərə görə dövlət müstəqilliyini itirmə təhlükəsi ilə üzləşəndə böyük tarixi şəxsiyyət, əbədiyaşar sərkərdə Heydər Əliyev xalqın ciddi tələbi ilə hakimiyyətə dəvət edildi. Ümummilli lider Azərbaycanın dövlət müstəqilliyinin qorunmasını təmin etdi, gərəkli, qətiyyətli tədbirlər gördü, ölkədə davamlı ictimai-siyasi sabitliyi bərqərar etdi. Dahi rəhbər Heydər Əliyevin şah əsəri olan müasir müstəqil Azərbaycan Ulu Öndərin rəhbərliyi ilə sürətli inkişaf yoluna qədəm qoydu.Ulu Öndərin hakimiyyəti dövründə Azərbaycanda daxili ictimai-siyasi sabitlik möhkəmlənməyə başladı. Azərbaycanın dünyanın bir çox ölkələri ilə iqtisadi əlaqələri quruldu. 1994-cü ildə Azərbaycan Dövlət Neft Şirkəti ilə bir çox böyük şirkətlər arasında imzalanmış “Əsrin müqaviləsi” Azərbaycan iqtisadiyyatının inkişafına təkan verdi və gələcək layihələr üçün yol açdı. Azərbaycanın müstəqil dövlət kimi ilk Konstitusiyası qəbul edildi. Ölkədə iqtisadi, siyasi, sosial, mədəni və digər sahələrdə islahatlar aparıldı, dövlətimiz sürətli inkişaf yoluna qədəm qoydu. Düşünülmüş və uzaqgörən siyasət nəticəsində Azərbaycan dövləti iqtisadi və siyasi böhrandan çıxmış oldu. İqtisadi, sosial, ictimai həyatda aparılan islahatlarla yanaşı Azərbaycanın Silahlı Qüvvələri yaradıldı. Məhz Ulu Öndərin hakimiyyətə gəlişindən sonra atəşkəs müqaviləsinin imzalanması ilə Azərbaycanın iqtisadi cəhətdən dirçəlməsi üçün şərait yarandı.Ümummilli Lider çoxəsrlik dövlətçilik tariximizdə mühüm yeri olan Azərbaycan Xalq Cümhuriyyətinin xidmətlərini hər zaman yüksək qiymətləndirmiş, cümhuriyyət ənənələrinin yaşadılmasına və inkişaf etdirilməsinə daim böyük əhəmiyyət verərək dəfələrlə bildirmişdi ki, bu gün biz demokratik Azərbaycan dövlətini qururuqsa, ayağa qaldırırıqsa, Xalq Cümhuriyyətinə borcluyuq.
Bu gün Azərbaycan Xalq Cümhuriyyətinin varisi olan müstəqil Azərbaycan Respublikası inkişaf yolunda əmin addımlarla irəliləyir. Hazırda Azərbaycan dünya miqyasında dayanıqlı inkişafa və möhkəm ictimai-siyasi sabitliyə malik olan ölkə kimi tanınır. Bu inkişafın və sabitliyin əsasında uğurla reallaşdırılan praqmatik daxili və xarici siyasət kursu dayanır. Milli inkişaf modelinin uğurla tətbiq edilməsi və hədəflənən nəticələrin əldə olunması, sosial-siyasi islahatların davamlı olaraq həyata keçirilməsi və digər nailiyyətlər müasir müstəqil Azərbaycanın gerçəkliklərini təşkil edir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi: "Biz qanuni qürur hissi keçiririk ki, Şərqdə demokratiyanın əsasını qoyan məhz Azərbaycan xalqı olub. Demokratik respublikanın ənənələri bu gün də yaşayır və müasir Azərbaycan onun hüquqi varisidir. Ötən illər ərzində atılmış hər bir addım və qəbul olunmuş hər bir qərar doğma Azərbaycan torpaqlarının işğaldan azad olunmasına xidmət edib. Prezident İlham Əliyevin Müzəffər Ali Baş Komandan kimi gərgin əməyinin nəticəsində Azərbaycan ərazi bütövlüyünə qovuşdu, xalqımız dünyada mübariz, döyüşkən və müzəffər xalq kimi tanınıldı. Bütün istiqamətlərdə qazanılan uğurların, əldə edilən nailiyyətlərin bir hədəfi var idi – işğal altında olan torpaqlarımızın düşməndən azad edilməsi və Azərbaycanın bütün sərhədləri boyunca bayrağımızın dalğalanması. Azərbaycan Silahlı Qüvvələri Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında 44 gün davam edən Vətən müharibəsində düşmən üzərində qələbə çalaraq tarixi nailiyyətə imza atdı. Müharibənin nəticəsində 300-dən çox şəhər və kənd döyüş meydanında işğaldan azad edildi. Düşmən ağ bayraq qaldırdı, təslim oldu və məcbur oldu ki, noyabrın 9-dan 10-na keçən gecə kapitulyasiya aktına imza atsın. Bunun nəticəsində yüzlərlə şəhər və kənd bir güllə atmadan, bir şəhid vermədən geri qaytarıldı.
Azərbaycan Xalq Cümhuriyyəti dövründə əsası qoyulan müstəqillik ənənələrinin davam etdirildiyini, Ulu Öndər Heydər Əliyevin bu ənənələr əsasında fundamental, müstəqil dövlətçilik qurduğunu və hazırda Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən bu idealların ən yüksək səviyyədə aparılır.Müstəqilliyimiz tariximizin qızıl səhifəsidir. Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı kimi Azərbaycan bayrağının bu gün artıq işğaldan azad olunmuş Şuşada dalğalanması Azərbaycan Prezidenti İlham Əliyevin gələcək nəsillərə unudulmaz dövlətçilik əmanətidir.
Anar Məmmədov,
YAP Gədəbəy rayon təşkilatının məsul əməkdaşı
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
18-01-2025
17-01-2025