Mobil versiya
Zaqataladakı kütləvi zəhərlənmə ilə bağlı analizlərin nəticələri AÇIQLANDI
Tarix: 24-05-2024 | Saat: 16:27
Bölmə:Ölkə | çapa göndər

Zaqataladakı kütləvi zəhərlənmə ilə bağlı analizlərin nəticələri

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) mayın 7-də Zaqatala rayonunda baş verən zəhərlənmə hadisəsi ilə bağlı laborator analizlərin yekun nəticəsini açıqlayıb.

AQTA-dan aia.az-a verilən məlumata görə, laboratoriyanın yekun sınaq protokoluna əsasən, müayinəsi aparılan bişmiş toyuq əti dönəri, qida ilə təmasda olan alət və səthlərin yaxma nümunələrində (Staphylococcus aureus, Clostridium perfringens, B.cereus və E.coli) bakteriyalar aşkarlanıb.

Qeyd olunub ki, hadisənin sanitar-gigiyenik rejimin pozulması nəticəsində məhsulların ikincili bakterial çirklənməsi səbəbindən baş verdiyi təsdiqlənib.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
10-01-2025