Mobil versiya
ABŞ Dövlət Departamenti Ukrayna Silahlı Qüvvələrinin Rusiyaya zərbə endirməsi ideyasını təsdiqləyib
Tarix: 23-05-2024 | Saat: 18:34
Bölmə:Özəl | çapa göndər

ABŞ Dövlət Departamenti Ukrayna Silahlı Qüvvələrinin Rusiyaya zərbə endirməsi ideyasını təsdiqləyib


ABŞ Dövlət Departamenti Ukrayna Silahlı Qüvvələrinin (AFU) Rusiya ərazisinə zərbə endirməsi ideyasını təsdiqləyib. Bu barədə mənbələrə istinadən The New York Times (NYT) məlumat yayıb.“Oxşar təşəbbüslə ABŞ dövlət katibi Antoni Blinken çıxış edib. Hələlik ABŞ prezidenti Co Baydenə rəsmi olaraq təqdim edilməyib, çünki prezidentin çevrəsində dəstəyin nə qədər güclü olacağı bəlli deyil. Dövlət Departamentinin təklifi Ukrayna Silahlı Qüvvələrinə Amerika silahları ilə Rusiya ərazilərinə hücum etməyə icazə verilməsi ilə bağlı qızğın müzakirələrə səbəb olub”, - nəşr yazır.Qeyd olunur ki, bu ideya ABŞ dövlət katibinin mayın 14-də Kiyevə səfərinin nəticəsi olub. Blinkenin Amerika silahları ilə bağlı mövqeyi Rusiya Silahlı Qüvvələrinin Ukraynadakı uğurlarına görə dəyişib. Bundan əvvəl ABŞ Dövlət Departamentinin Ukrayna Silahlı Qüvvələrinə Amerikanın dəqiq silahlarından Rusiya ərazisini atəşə tutmasına imkan vermək üçün Bayden administrasiyasına təzyiq göstərməyə çalışdığı bildirilirdi.

aia.az
Tərcümə şöbəsi



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə