Mobil versiya
İran-Azərbaycan əlaqələrinin gələcək inkişafı çox müsbətdir
Tarix: 23-05-2024 | Saat: 09:49
Bölmə:Özəl | çapa göndər

İran-Azərbaycan əlaqələrinin gələcək inkişafı çox müsbətdir

Azərbaycanla İran arasında münasibətlərdə yeni mərhələ başlamaqdadır. Mayın 19-da Araz çayı üzərində inşa edilmiş "Xudafərin" hidroqovşağının istismara verilməsi və "Qız qalası" hidroqovşağının açılışı iki ölkənin əməkdaşlığının inkişafında mühüm bir hadisədir.
Azərbaycan Prezidenti İlham Əliyevin və İran İslam Respublikasının Prezidenti Seyid İbrahim Rəisinin Azərbaycan-İran dövlət sərhədində görüşləri və verilən bəyanatlar bir daha onu göstərdi ki, həqiqətən də Prezident İlham Əliyevin söylədiyi kimi, Azərbaycan-İran sərhədi dostluq sərhədidir. Xudafərin körpüsü Azərbaycan-İran dostluğunun rəmzidir.

Vətən müharibəsi ilə işğal altında olmuş Azərbaycan-İran dövlət sərhədinin 132 kilometrlik hissəsi azad olundu, bununla da Azərbaycan-İran sərhədi tam bərpa edildi.
Araz çayı üzərində inşa edilən "Xudafərin" və "Qız Qalası" hidroqovşaqları elektrik enerjisi istehsalı və suvarma məqsədilə tikilib.
Prezident İlham Əliyev layihənin açılışının əhəmiyyətini qeyd edərək deyib: "Biz ta qədimdən gələn ulu əcdadlarımızın arzularını indi həyata keçiririk. Əminəm ki, bundan sonra da iki qardaş xalq bir-biri ilə sıx təmasda yaşayacaq, böyük bir layihə həyata keçirilib və bu, iki xalq üçün çox uğurlu bir görüşdür".

Dövlət başçısı İran-Azərbaycan əlaqələrinin gələcək inkişafını çox müsbət adlandırıb. Prezident vurğulayıb ki, İran-Azərbaycan birliyi, dostluğu sarsılmazdır: "Heç kim bizim aramıza girə bilməz. Bu səylər əbəsdir və biz bugünkü mərasimlə bunu bir daha sübut edirik".
Görünən odur ki, yuxarıda qeyd etdiyimiz kimi, iki ölkənin münasibətlərində yeni mərhələ başlayır. Prezident İlham Əliyevin söylədiyi kimi, İran-Azərbaycan əlaqələri bölgəmizdə həm də sabitliyin önəmli şərtidir.

Cənub qonşumuz İran İslam Respublikası ilə münasibətlər bizim üçün xüsusi əhəmiyyət kəsb edir. Çünki məsələnin təkcə siyasi, iqtisadi yox, eyni zamanda tarixi yönü var. Nəzərə almaq lazımdır ki, Azərbaycan və İran xalqları əsrlərdir ki qarşılıqlı təmasdadırlar, sosial-mədəni mübadilə yüz illərdir ki, özünü göstərir.
Azərbaycan və İran xalqları qonşu və qardaş xalqlardır və bu münasibətlər uzun tarixi köklərə gedir çıxır. Bu nöqteyi-nəzərdən, atılan addımlar və həyata keçirilən layihələr eyni zamanda iki dövlət arasındakı münasibətlərin inkişafını hədəfləməkdədir.

Ağaverdi Əliverdiyev
YAP Qusar rayon təşkilatının əməkdaşı




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə