İran ilə Azərbaycan dostluğunun tarixi keçmişi var
Tarix: 22-05-2024 | Saat: 16:33
Bölmə:Özəl | çapa göndər
19 may 2024-cü il tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Araz çayı üzərində inşa edilmiş “Xudafərin” hidroqovşağının istismara verilməsi və “Qız Qalası” hidroqovşağının açılış mərasimində çıxış edərək bu açılışların tarixi hadisə adlandırıb. Prezident çıxışında bu layihələrin İranın geniş imkanları və böyük təcrübəsi sayəsində ərsəyə gəldiyini, bu layihələrin dostluğun növbəti təzahürü olduğunu qeyd edib. Prezident İlham Əliyev çıxışı zamanı bir çox vacib məqamlara da toxunub. Bildirilib ki, İran və Azərbaycan xalqları əsrlər boyu bir yerdə yaşayıb-yaratdıblar. Həmçinin bu gün dövlətlərarası münasibətlərin ən yüksək səviyyəyə qalxdığını qeyd edib. Prezident İlham Əliyev iki dövlət arasında olan əməkdaşlığın gələcəyə yönəldiyini, qədim tarixdən gələn qarşılıqlı hörmət və dəstəyin bu nəhəng layihələrdə özünü göstərdiyini və gələcək planlarda da davam edəcəyini bəyan edib. Prezident İlham Əliyev İran və Azərbaycanın beynəlxalq və regional təhlükəsizlik məsələləri ilə bağlı fikirlərinin üst-üstə düşdüyünü, bu dostluğun bölgənin sabitliyi və gələcək təhlükəsizlik tədbirləri üçün önəmli olduğunu qeyd edib. Hər iki ölkəni birləşdirən nəqliyyat layihələrinin xüsusi rol oynadığını, Şimal-Cənub Nəqliyyat Dəhlizinin yaradılması ilə əlaqədar birgə səylərin real layihələrə çevrildiyini və gələcəkdə bu dəhlizin dünyanın ən önəmli nəqliyyat damarına çevriləcəyini diqqətə çatdırıb. Dövlətimizin başçısı qeyd olunan dəhliz üzrə yükdaşımaların həcminin ötən il 50 faizdən çox artdığını, bu ilin ilk üç ayında da artımın davam etdiyini və gələcəkdə bu rəqəmlərin daha da artacağını vurğulayıb. Həmçinin Ağbənd istiqamətində yeni avtomobil körpüsünün tikilməsinin Şimal-Cənub Nəqliyyat Dəhlizinin bir hissəsi olacağını və bu körpünün Azərbaycanın əsas hissəsini onun ayrılmaz hissəsi olan Naxçıvan Muxtar Respublikası ilə birləşdirəcəyini vurğulayıb.
Ellada Hacıyeva
YAP Qusar rayon təşkilatının fəal üzvü
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
18-01-2025
17-01-2025