Mobil versiya
Sabiq tabor komandiri məhkəmə zalında həbs edildi
Tarix: 22-05-2024 | Saat: 12:10
Bölmə:Gündəm / Karusel | çapa göndər

Sabiq tabor komandiri məhkəmə zalında həbs edildi

Müdafiə Nazirliyinin tabeliyindəki N saylı hərbi-hissənin sabiq tabor komandiri Elnur Əliyev həbs edilib.

aia.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, Bakı Hərbi Məhkəməsinin hakimi Rafiq Abbasovun sədrlik etdiyi məhkəmə heyəti belə hökm çıxarıb.

Elnur Əliyev rüşvət almaqda təqsirli bilinərək 5 il müddətinə azadlıqdan məhrum edilib. Əliyev məhkəmə zalında həbs olunub.

Ona Cinayət Məcəlləsinin 311.2-ci (vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətlərə görə rüşvət alma) maddəsindən əlavə, eyni məcəllənin 179.1-ci (mənimsəmə və ya israf etmə) maddəsi ilə də ittiham verilmişdi. Məhkəmə həmin maddəni ittihamdan xaric edib.

Qeyd edək ki, E.Əliyev cinayət məsuliyyətinə cəlb edilənə kimi tabor komandiri işləyib. O, ibtidai və məhkəmə istintaqı dövründə azadlıqda olub.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
10-01-2025