ABŞ Rusiyanın nüvə arsenalına nəzarət cəhdlərinin uğursuzluğunu etiraf edib
Tarix: 22-05-2024 | Saat: 09:36
Bölmə:Özəl | çapa göndər
ABŞ-ın Rusiyanın nüvə arsenalına diplomatiya yolu ilə nəzarət etmək cəhdləri uğursuzluqla nəticələnib.Amerikanın “The New York Times” qəzeti ABŞ rəsmilərinə istinadən bunu etiraf edir.
“ABŞ rəsmiləri illərdir Rusiyanın geniş taktiki nüvə silahı arsenalından narahatdırlar, lakin diplomatiya yolu ilə onları nəzarət altına almaq cəhdləri uğursuzluğa düçar olub”, - nəşr yazır.
Nəşrin fikrincə, Rusiya Federasiyasında qeyri-strateji nüvə silahlarından istifadə üzrə təlimlərin başlaması Qərbə “aydın xəbərdarlıqdır”. Təlim Qərb ölkələrinin “mühasirədə olan Ukrayna ordusuna kömək etmək üçün” münaqişəyə daha güclü müdaxilə edib-etməməsi ilə bağlı “geniş suallar” fonunda keçirilir. Mayın 21-i axşam saatlarında Rusiya Müdafiə Nazirliyinin mətbuat xidməti qeyri-strateji nüvə silahlarından istifadə üzrə təlimlərin birinci mərhələsinin başlandığını elan edib. Açıqlamada qeyd olunub ki, təlimdə Cənub Hərbi Dairəsinin raket birləşmələri iştirak edib. Rusiya hərbçiləri “İsgəndər” operativ-taktiki raket kompleksindən (OTRK) istifadə edərək döyüş başlıqlarının buraxılmasına hazırlıq məşq edib.
aia.az
Tərcümə şöbəsi
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
18-01-2025
17-01-2025