Mobil versiya
Polşa ticarət mərkəzindəki yanğında Rusiyanın əli olduğundan şübhələnir
Tarix: 22-05-2024 | Saat: 09:32
Bölmə:Özəl | çapa göndər

Polşa ticarət mərkəzindəki yanğında Rusiyanın əli olduğundan şübhələnir


Varşava hakimiyyəti ticarət mərkəzində baş verən yanğında Rusiya xüsusi xidmət orqanlarının iştirakı ehtimalı ilə bağlı versiyanı yoxlayır. RİA Novosti xəbər verir ki, bunu Polşanın baş naziri Donald Tusk deyib.Lakin Tusk heç bir sübut təqdim etməyib. Onun sözlərinə görə, hazırda Polşa təhlükəsizlik qüvvələri ölkədə baş verən təxribatların araşdırılmasına yönəlib. Onlar artıq təxribatda şübhəli bilinən 9 nəfəri, bir gün əvvəl isə daha üç nəfəri saxlayıblar.

Son günlər Polşada silsilə iri yanğınlar baş verib. Onlardan biri mayın 12-də Varşavanın Marywilska küçəsindəki ticarət mərkəzində baş verib. Dövlət Yanğın Nəzarətinin baş komendantı Mariuş Feltinovski bildirib ki, alış-veriş mərkəzində çox tez alışan material, ilk növbədə tekstil məhsulları olduğu üçün yanğın çox sürətlə yayılıb. Bina tamamilə yanıb.Digər günlərdə Polşada avtobus dayanacağı, məktəb, kimyəvi tullantılar anbarı yanıb, yanğınsöndürmə məktəbində partlayış baş verib.

aia.az
Tərcümə söbəsi



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə